GERİYƏ
Avtofayda 1554

Burada üstünlük kimdədir ?


Yol hərəkəti ilə bağlı suallarımızı və onların izahını davam etdiririk. Bu dəfə sizə dairəvi hərəkətlə bağlı sual verəcəyik.

çərşənbə, 03 oktyabr 2018

Sual belədir: Bu yolayrıcında üstünlük kimdədir ?

A) Ağ rəngli avtomobil sağını buraxmalıdır. Çünki eyni hüquqlu yol ayrıcıdır.

B) Göy rəngli avtomobil üçün svetofor var, deməli ağ rəngli avtomobil sağını buraxmalıdır. 

C) Nizamlanan yolayrıcı olduğuna görə göy rəngli avtomobil yol verməlidir.

D) Dairəvi hərəkət təşkil olunmuş yolayrıcı olduğuna görə, göy rəngli avtomobil ağ rəngli avtomobilə yol verməlidir.

 

İndi isə izah edim. Bu yol ayrıcı nizamlanmayan yolayrıcı sayılır. Çünki svetoforun piyada keçidinin qarşısında quraşdırılıb. Bu piyada keçidinin nizamlanan olduğunu bildirir. Piyada keçidinin digər tərəfindəki piyada keçidinə diqqət edin. Piyada keçidindən dərhal sonra isə yolayrıcının tam qarşısında dairəvi hərəkət təşkil olnduğunu bildirən yol nişanı quraşdırılıb. Demək, bu yolayrıcında dairəvi hərəkət təşkil edilib. Yolayrıcının keçilməısi qaydalarına uyğun olaraq dairəvi hərəkətdə olan nəqliyyat vasitəsi üstünlük hüququna malikdir. Doğru cavab "D" bəndidir.