GERİYƏ
Avtofayda 842

Hansı hallarda avtomobil cərimə meydançasına gedir ?


Avtostop olaraq, sizə hər zaman yol hərəkəti ilə bağlı faydalı və yalnız qanuna əsasən faydalı məlumatlar vermişik. Bunu etməyə də davam edirik. Növəbti sualımızıda məhz, daima rastalşdığınız problemlə bağlıdır.

bazar ertəsi, 08 oktyabr 2018

Sual  belədir: Aşağıda qeyd olunan hansı hallarda avtomobil cərimə meydançasına gedir?

 

A)Qeydiyyat nişanlarından biri yerində olmadıqda.

B)Nəqliyyat vasitəsi qanunvericiliklə müəyyən edilmiş halda dövlət qeydiyyatından keçirilmədikdə

C)Dövlət qeydiyyat nişanlarının  görünməsi çirklənmə nəticəsində mümkün omadıqda.

D)Sadalanan bütün hallarda

 

Nə zaman avtomobil cərimə meydançasına gedir?

 

Əslində bu mövzü ilə bağlı dəfələrlə danışmışıq.   Buna baxmayaraq suallar və problemlər hələ də bitmir. Avtomobilin cərimə meydançasına getməsi halları hansılardır.

Gəlin İXM-nin  96-cı maddəsinə baxaq.  96-cı maddədə nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırması hallarında qeydiyyat nişanlarının birinin yerində olmaması halları yaxud qeyri standart olması halı qeyd olunub.

96.1. Fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

96.1.1. dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;

96.1.2. nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;

96.1.3. dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;

96.1.4. dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;

96.1.5. nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;

96.1.6. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.

Demək sualın birinici cavabı düzgün sayıla bilər;  A) Qeydiyyat nişanlarından biri yerində olmadıqda.