GERİYƏ
Avtofayda 1031

Avtobus sürücüsü nə etməlidir ?


Şəhərimizdə geniş yayılmış problem. Avtobus sürücüsü dayanacaqqdan çıxır və bu zaman arxadan gələn sürücü ilə toqquşma təhlükəsi yaranır. Əslində kim üstündür ? Növbəti qaydalar izahımız elə bu haqqdadır.

çərşənbə axşamı, 09 oktyabr 2018

Avtobus dayanacaqdan hərəkətə başlamağa hazırlaşır, belə vəziyyətdə avtobus sürücüsü nə etməlidir?

 

A) Avtomobilə yol verməlidir.

B) Səs siqnalı verib hərəkətə başlamalıdır.

C) Ona yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlamalıdır.

 

Çox vaxt bu vəziyyətdə minik avtomobillərinin sürücüləri hərəkətədə olduqları üçün elə düşünürlər ki, hərəkət üstünlüyü onlardadır. Avtobus sürücüləri isə dayanacaqdan hərəkətə başladıqları üçün üstünlüyün onlarda olduğunu əsas tutub hərəkətə başladıqda qəza qaçılmaz olur.

Bəs qanun bu haqda nə deyir? Qanunla hərəkət üstünlüyü kimdədir?

YHQ-nun 48-ci maddəsinin beşinci bəndində baxaq;

V. Yaşayış məntəqələrində sürücülər işarələnmiş dayanacaqdan hərəkətə başlayan trolleybuslara və avtobuslara yol verməlidirlər. Trolleybus və avtobus sürücüləri yalnız onlara yol verildiyinə əmin olduqdan sonra hərəkətə başlaya bilərlər. Üstün hərəkət rejimli nəqliyyat vasitəsinin sürücüsü yol hərəkətinin qalan iştirakçılarını təhlükə altında qoymamaq şərtilə, bu Qanunun tələblərindən kənara çıxa bilər. Bütün hallarda, o, nizamlayıcının siqnallarına tabe olmalıdır.

Beləliklə, bu vəziyyətdə minik avtomobili avtobusa dayanacaqdan çıxdığı üçün yol verməlidir, avtobus isə minik avtomobilinin ona yol verdiyinə əmin olduqdan sonra hərəkətə davam etməlidir.

 

Tural Yusifov