GERİYƏ
Avtofayda 959

Taksi sürücüsü burada dayana bilərmi?


İmtahanlarda düşən, şəhərimizdə əməl edilməyən bir situasiya haqqında sual vermək istəyirik. Bu sualın cavabını çox yerdə izah etməyiblər.

çərşənbə, 10 oktyabr 2018

Sual belədir: Taksi sürücüsü burada sərnişin götürmək üçün dayana bilərmi?

A) Olar

B) Ümumi istifadədə olan avtomobillərə maneə yaratmadan olar

C) Olmaz

 

Gəlin, ilk olaraq qaydalara nəzər salaq. 

 

YHQ 69-cu maddəyə əsasən bu xəttləmə:

1.17 — ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaqlarını və taksi duracaqlarını göstərir;

Həmçinin, YHQ 52-ci maddə: dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanmaq qadağandır.

 

Burada bir qayda işə düşür. Bu xəttləmə taksi sürücüsünə sərnişin üçün dayanmağa icazə verir. Çünki , bu xəttləmə taksi duracağına da işarə verir. Bu zaman, sürücü ləngimədən, avtobusa maneə törətmədən sərnişini götürərək dərhal oranı tərk etməlidir. 15 metr məsafə qaydaları isə adi nəqliyyat vasitələrinin sürücülərinə aiddir.  Doğru cavab "B" bəndidir.

 

Tural Yusifov