GERİYƏ
Avtofayda 625

Kimə yol verməlisiniz?


Yol hərəkəti ilə bağlı suallar və onlara uyğun izahı davam etdiririk. Bu dəfə sağa və sola dönən sürücü barəsində sualımız olacaq.

cümə axşamı, 11 oktyabr 2018

Sual belədir: Sağa dönəcəksiniz, yol kənarında isə velosipedçi və piyadalar var, birinci kimə yol verməlisiniz?

 

A) Yalnız velosipedçiyə

B) Yalnız piyadalara

C) Hər ikisinə

D) Heç birinə

 

Əslndə, bir az diqqətli olduqda sualın cavabını rahatlıqla tapmaq mümkündür. YHQ 75-ci maddə yolayrıclarının keçilməsi haqqındadır. Orada deyilir: 

Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.

Beləliklə, doğru cavab "C" bəndidir.