GERİYƏ
Avtofayda 2643

“Forsaj”ın 10 sirri


“Forsaj” filmindəki avtomobil yarışları zamanı təhlükəli qəza səhnələrinin necə baş verdiyini bilmək istərdiniz? On ildən artıq bu işdə təcrübəsi olan Denis Makkarti bu haqda demək olar ki, hər şeyi bilir. O, “Forsaj”, “Tokiya Drift”i adlı filmərin avtomobilə aid olan bütün səhnələrinin avto-kastını işləyib hazırlamışdır. Onun, avtomobillərlə işləmək üçün xüsusi atelyesi var idi. “Qüdrətli Brüs” adlı filmə dəvət aldıqdan sonra, Denisin bu sahə üzrə bacarıqlarının bəz sirləri də aşkar olunur.

cümə axşamı, 18 oktyabr 2018

Say baxımından işlər həddindən artıq çox idi; “Forsaj” filminin 7-ci hissəsində 28 avtomobil var idisə, həqiqətdə isə Vehicle Effects atelyesində iki yüz qırxdan çox dublyor avtomobil iştirak edirdi. Birinicisi, əgər avtomobil çəkiliş zamanı sınır və əzilirsə, bunu tez bir zamanda əvəz etmək lazımdır, ikinci isə çəkilişlər heç də hər zaman eyni yerdə keçirilmirdi. Hər an yeni avtomobilə ehtiyac ola bilər.  Hələ yeni həyəcanlı səhnə üçün bəzi detalların dəyişilmə prosesini demirik.

Çəkiliş üçün avtomobillər neçə seçilir?

Filmdə baş rolda olan aktyor üçün hansı avtomobilin olacağı ssenariya daxil deyil. Bu işlə ayrıca olaraq Dennis Makkarti məşğul olur. Ssenarini oxuduqdan sonra, Dennis studiyanın hazırlanması üçün öz təkliflərini verir, avtomobillərin xarici görünüşünün modelini hazırlayır. Mütəxəssis həmçinin çəkiliş vaxtı avtomobili idarə edən peşakər sürücülərlə də msələhətləşir, neçə dublyor avtomobilə ehtiyac olduğunu öyrənir. İkinci dərəcəli səhnə və aktyorlar üçün elə də təmtəraqlı hazırlıqlar olmur. Dennis sadəcə tanış tüninq salonları ilə danışaraq tüninq atelyedə xüsusi kastinqlər hazırlatdırır. Daha sonra çəkiliş zamanı kastinqdə hazırlanmış avtomobillər əsl avtomobil kimi çəkilişdə iştirak edirlər.

“Tokiya Drift”i adlı filmi çəkilən zaman Yaponyaya getdim, orada mütəxəssilərlə görüşüb ən yeni modellərlə tanış oldum. Yalnız bu zaman qərara gəldim ki, Şonun və Takaşinin avtomobili necə görünməlidir.  

Bir avtomobilə neçə dublyor lazımdır?

Filmə baxan zaman bütün film boyu yalnız avtomobilin çəkildiyi görsənə bilər, əslində isə çəkiliş zamanı onlarla avtomobil iştirak edir. Filmin əsas avtomobili – “hero car” “qəhrəman avtomobil”-i böyük planda çəkilir və həmin avtomobil bütün kadr boyu çox ideal görsənməlidir.

Daha bir avtomobil – hansı ki, çəkiliş yalnız avtomobilin içərisində olur və avtomobil mühərriksiz olur. Ancaq filmdə bəzi səhnələr üçün sayca çox avtomobillər lazım olur. Misal üçün “Forsaj” filminin çəkilişi zamanı avtomobilin kapotu üzərində yanğın olan hissəsi üçün iki avtomobil istifadə olunub, tüstünun çəkilişi üçün isə ayrı bir avtomobilə ehtiyac olmub.

“Forsaj” filmində tez-tez Dodge Charger  və ya Plymouth Barracuda kimi avtomobillər çəkilirdi. “Bu cür avtomobilləri oğurlamaq heç də xoş deyil. Bəzən nadir modellər tapmaq elə də asan olmur. Ancaq bizim üçün avtomobilin vəziyyəti çox da vacib deyil. Avtomobilin döşəməsi, mühərrik qalxanı, dirək və qapağının olması kifayətdir. Bütün digər detalları özümüz şüşə tərkibli plastiklərdən hazırlayırıq. Mühərrik və tranmisiyalar isə eyni qalır”-deyə Makkarti bildirib.

Paslı çılpaq kuzovdan sırf çəkiliş üçün avtomobil hazırlamaq iki həftə ərzindəəmələ gəlir. Bir metr aralıdan baxdıqda Hero-car (qəhrəman avtomobil) yeni avtomobil kimi görsənir. Çəkilişdə olan avtomobillərin 5-10 metr məsafədən yeni kimi görsənməsi kadr üçün yetərlidir. Həmin avtomobillər çəkiliş vaxtı əzilərsə, artıq onları yenidən təmir etmək üçün o qədər də vaxt olmur. Biz tez bir zamanda həmin deatlı düzəldirik, üzərini hamarlaşdırırıq, kuzanın rəngində vinilli plyonka çəkib avtomobili yenidən çəkiliş meydanına aparırıq.

Eyni V8 mühərrikləri

Çəkilişdəki köhnə sürət avtomobillərinin çoxsunun mühərrikləri demək olar ki, eyni olur. Fərqi yoxdur bu Dodge, Plymouth və ya Buick-dir, hamsının mühərriyi V8 Chevrolet LS3-dür. Yalnız Hero-car-lar yeni qarışımdan hazırlanmalıdır. Bundan əlavə transmissiyada da avtomat qutu GM Turbo 400-dür və Fordun “doqquzdyümlü” arxa hissəsidir.

Çəkiliş zamanı əgər avtomobil əzilərsə və ya sadəcə sınarsa onu təmir etmək asandır. Çəkiliş meydançasında onlarla avtomobil olur və onların bütün hissələri bir birinə uyğun gəlir.  “Ancaq vaxt demək olar ki, çox zaman yetərli olmur.” Belə ki, “Tokiya Drift”i filmində vaxt o qədər az idi ki, avtomobili rənglədikdən dərhal sonra qurumadan çəklişə göndərməli olduq.   

Chevrolet Chevelle SS- küçədə adi asfalt yolda, ötmə zamanı arxa təkərləri üzərində dayanmasını necə bacardıq?

Təbii ki, asfalta yapışqan vurmamışdıq. Dennis və onun komandası bunu çox asanlıqla bacardırlar, onlar avtomobil arxasına 320 kiloqram qurğuşun qoydular. “Çəkilş zamanı biz avtomobilin burnunu bacardığımız qədər yuxarı qaldırmağı bacardıq. Həmçinin Chevroletin səkkiz litlrik mühərrikini də yerləşdirdik. Avtomobilə öndən baxanda isə yetəri qədər təbbi görünüş var idi”.

“Forsaj 4”-də atomobilin qarşısını asfaltda yox daha keyfiyyətsiz yolda qaldırmaq lazım idi, buna Wheelie-də deyirlər. Ancaq bu görüntünü əldə etmək üçün bəzi film hiylərərindən istifadə etmək mütləq idi. Mühərrik nə qədər möhkəm olsa da təkərlərin gücü buna yetməzdi. Bu hissə üçün Dennis Makkarti Chevrolet Camaronun arxasına tonlarla yük asdı, ancaq yenə də nə isə düzgün getmirdi.  

“İkili forsaj”filmində əsas qəhrəmanlar Brayan Okonor və Roman Pirs sahildən narkotik alveri ilə məşğul olan Karter Veronun nəhəng yaxtasına avtomobillə atlamalı olurlar.  Belə ki, həmin görüntü kompyuterlə işlənmiş qrafiki iş deyil, real çəkilmiş bir səhnədir. Düzdür burada da bəzi film hiylərləri olmmuşdur. Bütün səhnə dörd keçidə çəkilir. Birinci avtomobilin kuzası içini köpüklə doldurulur və gölün üzərindən digər tərəfə göndərilir. Yaxta da həmin hissədə çəkilir və daha sonra kadrlar birləşdirilir.

“Forsaj 8”dəki saxta turbini ssenaristlər qəhrəman Vin Dizeli Kubaya atdılar. Orada Dominik Torreto yerli stritreyser Fernandonu duelə  çağırır və qardaşının öz əlləri ilə bu hala düşən qədim dağılıb söküləni (avtomobili) ilə Havana küçələrində çapırdı. Denis Makkarti onun üçün belə əfsanə düşünüb:

Maşının özü- 1950-ci ilin Chevrolet Fleetline-dır, hansınakı Dom zibillikdən(avtomobil ölüxanasından)  tapdığı 60-cı illərin mühərrikin quraşdırıb və ona “be-u” turbinin əlavə edib. Əlbətədə ki, əslində mühərrik müasirdir-köhnə mühərrik kimi qrimləyiblənmiş  400 –güclü “smol-blok” Chevrolet. Həm də yetərincə inandırıcıdır: blok və başlıqları narıncı emalə rəngləyiblər, klapan qapaqlarının mərkəzi boltlarını yığışdırıblar, qapağın özünü isə rifləyib və xromlaşdırıblar.

Saxta super avtomobillər

Qeyd etdiklərimizdən belə anlaşıla bilər ki, avtomobillərlə bağlı filmlərdə heç də əsl avtomobillər çəkilmir. Xeyir bu belə deyil. Misal üçün  İslandiyada çəkilən səkkizinici “Forsaj”da avtomobillərin büz üzərindəki təqib edilmə səhnəsində üç Lamborghini Murcielago çəkilmişdir. “Biz əl əyləci ilə işləyən avtomobil tapdıq ki, drift etmək asan olsun, bunun sayəsində də həmin səhnə çox maraqlı alınmışdır. Ancaq bu avtomobillərin hissələri çox unikal və bahal idi” deyə Makkarti qeyd etmişdir. Artıq komandamdakı işçilərim “Lambo” mütəxəssisi olmuşdurlar. Düzdür daha təhlükəli səhnələr üçün çox da baha olmayan və kuzası plastmasdan olan Lamborginidən istifadə etmişdik.

“Forsaj”ın yeddinci hissəsində isə hər şey daha maraqlı oldu. Hadisələr Ərəb Əmirliklərində baş tutur və Dennis Makkarti bu dəfə isə daha fərqli bir şeylərdən istifadə etməyə qərar verir. Əmirliyin birinci  ən yaxşı avtomobili orta mühərrikli W Motors şirkətinin Lykan avtomobili.

Salonu qızıl daşlarla işlənmiş, 3,4 milyon dollardan yuxarı olan 750-turbo mühərrikli Porsche avtomobili seçilir. Ancaq burada bir “problem” meydana çıxır, söhbət heç avtomobilin bahalı olmasında da deyildi. Dennis şirkət rəhbərliyi ilə əlaqə saxladı və ona bildirildi ki, salonda yalnız 7 avtomobil var və onların ödənişi  müşətriləri tərəfindən artıq ödənilmişdir. Ancaq şirkət rəhbərliyi filmədki şöhrətini əldən vermək istəmirdi. Belə ki, Porsche Boxster-in eynisinin hazırlanması tapşırığını verir. Beş avtomobil işlənib hazırlanır. Yeri gəlmişkən bir səhnədə avtomobil göydələndən “uçmalı” olur, amma bu həqiqət deyil.

“Forsaj”ın dördüncü hissəsi benzin tanklarının oğurlanması ilə başlayır. Avtomobillər arxaya doğru çox sürətlə hərəkət etməlidirlər. Səhnə üçün bir neçə, nadir kupe olan və turbo mühərrik V6 3.8 olan GNX düzəltməli oldular. Digərlərini isə Grand National-ın başqa modelləri əsasında hazrılamalı oldular. Avtomobillərdən birinin yerində 180-dərəcədə fırlnaması lazım idi. Bu avtomobil kaskadyor tərəfindən idarə olunurdu. Oturacaq və sükan baş qəhrəməanın oturacağında onun üçün quraşdırılmşdır. “Sürücü” Vin Dizel isə öz avtomobilində demək olar ki, sərnişin kimi oturmuşdur.

“Forsaj”ın ilk hissəsindəki narıncı Suprada olan Brayn Okonorla Dodge Chargerdə olan Dominik Torretonun sürət yarışmasını xatırlayırsınız? Film üçün ayrıca yarış meydançası Pro 2 yaradılmışdır. Avtomobillər üçün çətin və heç hamar olmayan yollar hazırlanmışdır. Ancaq bu avtomobillərlə bu cür yolsuzluqda hərəkət etmək elə də çətin deyildi.

2001-ci ildə “Forsaj”ın efirə yeni çıxan vaxtlarında sürət səhnələri çox böyüq maraqla qarşılnırdı və hər kəsi təəccübləndirirdi. Aydın məsələdir ki, bütün səhnələrdə avtomobillər kaskadyorlar tərəfindən idarə olunur. Ancaq aktyorların həmin səhnədə, döngələrdə necə təbii və həyəcanlı görüntüləri hər kəsdə həyəcan və maraq yaratmışdır. Bunu necə edirdilər?

Avtomobilin içərisində atkyorlar otururdular, ancaq bütün idarəetmə kaskadyor Mik Rodjersin əlində idi. Bu qayda ilə də “Forsaj”ın ikinici hissəsini, “Mister və Missis Smit” və bir neçə uşaq filmləri çəkilmişdir.