GERİYƏ
Avtofayda 1791

Ksenon, led işıqlar, diodlar.

Tural Yusifov


Bu gun Rusiya və İran istehsalı avtomobil idarə edənlərin bir çoxu işıqlara dəyişikliklər edirlər. Qabaritlər, yaxın və uzaqvuran və duman işıqlarını müxtəlif üsullarla dəyişirlər. Bununla həm qarşıdan gələn sürücülərə, həm də özlərinə problem yaradırlar. Bəs qanunla nələrə icazə var? Şəkillərlə izah etmişik.

bazar ertəsi, 05 noyabr 2018

 

 

Fənərlərin dəyişdirilməsi

Şəkilə baxdıqda məlum olur ki, sürücü avtomobilin fənərlərinə dəyişiklik edib. Və onun işərisinə dönmə işıqları yerləşdirib. Qanunda isə nəzərdə tutulub ki,

Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda nasazlıq aradan qaldırılır.

İstehsalçı tərəfindən bu  işıqlar orada nəzərdə tutulmayıb. Biz qabarit işıqlara baxdıqda, orada da dəyişikliyi görə bilərik.

 

 

Ksenon quraşdırlması

Burada görünən odur ki, dönmə işıqları və duman fənərləri olan işıq sistemi yenə dəyişdirilib. Gündüz hərəkət fənərləri (diod) və dönmə işıqları quraşdırılıb. Qaydalara əsasən avtomobilə gündüz hərəkət fənərləri quraşdırıla bilər. Amma göstərilən yerə deyil, ön bamperin qarşısına quraşdırılmalıdır. Üstəgəl, artıq avtomobilin ön hissəsində 4 ədəd narıncı işıq (dönmə işıqları) quraşdırlıb. Bu isə istehsalçı tərəfindən nəzərdə tutulmayıb. Bəzən isə sürücülər dönmə işıqlarını daimi yanan edirlər. Bu da qanunla qadağandır. Dönmə işıqları mütləq sayrışan və narıncı rəngdə olmalıdır. Qırmızı olmasına icazə yoxdur.

 

Bu sürücü isə ağ işıq bolluğuna düşüb. Həm qabaritlər, yaxın və uzaq vuran işıqlar və əlavə olaraq duman işıqları. İlk olaraq duman işıqlarına hər hansı bir formada ksenon və ya diod quraşdırılması istehsalçı tərəfindən müəyyən edilməyibsə, qadağandır. Yaxın vuran və uzaqvuran işıqlar da həmçinin. Qabaritlərə isə yuxarıda toxunduq. Bəzən sürücülər bununla razılaşmaq istəmirlər. Əvvəla, onsuzda bu avtomobilin dizaynı aktual deyil. Üstəgəl, etdiyiniz dəyişiklik avtomobilə heç bir gözəllik qatmır , amma qarşıdan gələn sürücünün gözünü qamaşdırır. Avtomobildə işıq yayıcıları belə yoxdur.

Qanun isə deyir :

Faraların nizamlanması dövlət standartlarının tələblərinə uyğun olmadıqda.

Işıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə.

Sayrışan işıqlar standartın tələblərinə uyğun qurulmadıqda nasazlıq aradan qaldırılır.

 

Göstərilənlərin heç biri qaydalarla icazəli deyil. 

Fənərlər