GERİYƏ
Avtofayda 4063

Ötmə yoxsa üstələmə? Qanunla izah edirik.

Tural Yusifov


Bu barədə efirdə çox danışmışam. Amma bunu şəkillərlə izah etmək ehtiyacı yarandı. Enli çəkilmiş zolaq daxilində iki avtomobil gedərkən, "ötmək qadağandır" nişanı təsir dairəsində biri digərini ötə bilərmi ? Bu məqaləni diqqətlə oxuyun. Qanunla izah edirik.

bazar günü, 18 noyabr 2018

İlk olaraq bu nişanla tanış olaq. 3.20  və ya "ötmək qadağandır" nişanı. Bu sürücülərə nişanın təsir dairəsində ötməni qadağan edir. Amma situasiya fərqli ola bilər və bu nişan daxilində bir manevr ötmək sayılmır. Gəlin ilk olaraq ötmənin tərifinə diqqət edək.

 ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;

Bax, burada sizə  ötmək olmaz deyirlər. Amma xəttləmə əksini deyir:

1.5—1.8 xətlərini istənilən tərəfdən kəsib keçməyə icazə verilir;

"Yol hərəkəti haqqında" Qanunun heç bir maddəsində 3.20 nişanının nişanlanma xəttindən üstün olduğu qeyd edilməyib. Burada nişan və nişanlanma uyğunsuzluğu var. Burada ötmə əməliyyatı təhlükəlidir amma qayda pozuntusu deyil. Çünki nişan və nişanlanma arasındakı uyğunsuzluğa sürücü cavabdehlik daşımır.  Keçək digər situasiyaya:

Asta gedən VAZ markalı avtomobilini 3.20 nişanının təsir dairəsində ötmək olarmı ?

Ötmənin tərifini yadımıza salırıq :

 

ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;

İndi isə hərəkət zolağına diqqət edib, qanunla hərəkət zolağı nədir onu oxuyuruq :

hərəkət zolağı — yolun hərəkət hissəsinin nişanlama xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır;

Siz bu VAZ avtomobilini üstələyərkən hərəkət zolağını dəyiçirsinizmi ? Burada zolaq enlidir və bir hərəkət zolağı kimi görünür. Ötmənin tərifində isə mütləq hərəkət zolağını dəyişmək mütləqiyyəti qeyd olunur. Bu cür enli yerlərdə zolağı dəyişmədən asta gedən nəqliyyat vasitəsini üstələmək heç bir halda ötmə kimi qeydə alına bilməz. Əgər burada aşağıdakı şəkil kimi situasiya olsaydı:

Yəni, yol zolaqlarla bölünsəydi, xəttləmə nişanlanmaya uyğun gəlsəydi , bu zaman cərimə yazılması daha ədalətli olardı.