GERİYƏ
Avtofayda 1832

2018-ci ilin ən təhlükəsiz avtomobilləri məlum oldu.

Tural Yusifov


Avtomobillərin təhlükəsizlik sistemlərini test edən EuroNCAP şirkəti 2018-ci ilin ən təhlükəsiz avtomobillərini müəyyən edib. 4 kateqoriya üzrə müəyyən edilən avtomobillərin siyahısına Hyundai Nexo başçılıq edir.

cümə axşamı, 20 dekabr 2018

Euro NCAP 2018-ci il ərzində test etydiyi bütün avtomobillərin məlumatlarını özlərinə məxsus saytda yerləşdirirlər. Və şirkətdən verilən məlumata əsasən ilk 3-də Hyundai Nexo, Lexus ES və Mercedes-Benz A-Class yer alıb. Onların arasında isə Hyundai Nexo birinci yerin sahibi olub. 

Avtomobillər 4 parametr üzrə qiymətləndirirlər. Bunlar Sürücü və sərnişin, uşaq, piyada və təhlükəsizlik köməkçiləridir. Gəlin, nəticələrə diqqət edək.

Hyundai Nexo

Lexus ES

Mercedes-Benz A-Class

Hyundai Nexo rəqiblərini bir neçə parametrdə üstələyir və ya bir neçə parametrdə geri qalır. Amma balların cəmində EuroNCAP-a görə dünyanın ən təhlükəsiz avtomobili hesab edilir. Sürücülər isə bu avtomobillərdən hansını alsalar, fərq etməz. Bu avtomobillər onların təhlükəsizliyini qoruyacaq.

Hyundai Nexo hidrogenlə çalışan avtomobildir. Bir çən yanacaqla avtomobil 600 km-dən çox məsafə qət edir. İlk dəfə olaraq 2018-ci ilin yanvarında Las-Veqasda keçirilən CES 2018 texnologiya sərgisində nümayiş etdirilib. Bu ortaölçülü krossover 2019-cu ilin yanvarından satışa çıxacaq.