GERİYƏ
Avtofayda 4207

Kiçik qəzalarda edilməsi vacib 5 hərəkət.

Tural Yusifov


Bakıda baş verən tıxacların bir qismi parkinq və nizamlanma ilə bağldırsa, digər bir qismi isə kiçik qəzalar zamanı sürücülərin yolu kəsməsi ilə əlaqədardır. Kiçik qəzalarda sürücülər nə etməli olduqlarını bilmirlər. Onu izah etməyə çalışacam.

bazar ertəsi, 24 dekabr 2018

Tutaq ki, qəza baş verib. Hərəkət ardıcılllığına nəzər salmaq lazımdır.

  1.  İlk baxışdan dəymiş zərəri müəyyən etmək lazımdır. Dəymiz zərər cüzidirsə, avtomobillər hərəkət edə bilərsə, günahkar şəxslə bağlı sual yoxdursa, yolda dayanmağın heç bir mənası yoxdur.
  2.  Dəymiş zərəri müəyyən etdik. Daha sonra, yolu boşaldırıq və hadisə haqqında yol polisinə məlumat veririk. Olduğunuz ərazinin hansı yol polis idarəsinə aid olduğunu öyrənib, həmin yol polis idarəsinə izahat yazmağa gedirik. Əraziyə yol polisinin gəlməsinə ehtiyac yoxdur. 
  3. Hadisə yerinə sığorta şirkətinin  gəlməsinə ehtiyac yoxdur. Çünki dəymiş ziyan 1000  manata qədərdirsə, hər iki tərəfin icbari sığortası varsa, forma 4-də ehtiyac olmayacaq.
  4. Ona görə, DYP-ə gedib ərizə yazdıqdan sonra, günahkara yazılmış protokol, zərər çəkmiş şəxsə ödəniş üçün yetərli olacaq. 
  5. Forma 4 lazım olmadığına görə, sığorta şirkəti 7 gün ərzində ödəniş etməlidir. Bütün sənədlər təqdim edildikdən sonra, 7 gün ərzində ödəniş edilməzsə, hər günə görə 0.01 faiz dəbbə pulu hesablanır.

Yolda ehtiyatlı olun və xırda qızalar zamanı yolu boş yerə məşğul etməyin.


Oxşar mövzuda digər məqalələr