GERİYƏ
Avtofayda 2320

Ən sərfəli 10 elektrik avtomobili

Tural Yusifov


Elektrik avtomobillərinin gətirilməsi indi daha da sərfəli oldu. Artıq avtomobili gətirərəkən onun qiymətinin 15% faizini ödəmək lazımdır. Gözlənilir ki, yaxın vaxtlarda bu rüsm da ləğv edilsin. Ona görə indidən sizə ən sərfəli 10 elektrik avtomobilini təqdim edirik.

çərşənbə axşamı, 15 yanvar 2019

10. Nissan e-NV200 Combi

Modifikasiya Combi
Mühərrik sayı 1
At gücü 110
Fırlanma anı, Nм 254
Batareya həcmi , кVt*s 24
Yürüş məsafəsi, km 170
Yüklənmə saatı, s. 7

Sürətlənmə 100 km/s s.

14
Maksimal sürət, km/s 122
Yük həcmi, lt. 900
Dartqı 4X2
Qiymət, $ 30 000

Nissan e-NV200 Combi – bu siyahıda yeganə furqon tipli avtomobildir. 7 nəfərlik Niisa e-NV200 klassik NV200-ün bazasında hazırlanıb. Rəsmi olaraq ölkəmizdə təqdim edilmir. Və çox güman ki, siz onu Gürcüstandan əldə edə bilərsiniz. Nissan söz veriri ki, tam yüklənmədən sonra 180 km məsafə qət edilə bilər. Bu yürüş məsafəsi o qədər də çox deyil. Lakin 7 nəfərlik avtomobil axtaranlar üçün ən optimal seçimdir.  Üçüncü sıranın qatlanması ilə bərabər 870 lt yük yeri alınır. Böyük ailələr üçün nəzərdə tutulub.

 

9. Smart ForTwo Electric Drive

Modifikasiya Electric Drive
Mühərrik sayı 1
At gücü 81
Fırlanma anı, Nm 160
Batareya həcmi kVt*s 17,6
Yürüş məsafəsi , km 160
Yüklənmə vaxtı, saat. 8
Sürətlənmə 100 кm/s, s. 11,5
Maksimal sürət, кm/s 130
Yük yeri hacmi, lt. 260
Dartqı 4X2
Qiymət, $ 28 800

Smart – şəhər üçün əla kompakt avtomobildir. Modelin adının ForTwo  olması, onun iki nəfərlik olmasına işarə edir. 4 nəfərlik ForFour modeli də var.  Smart ForTwo Electric Drive uzun məsafələrə getmək üçün nəzərdə tutulmayıb. Tam yükləmədə 160 km məsafə qət edə bilərsiniz. Şəhər rejimində bu daha əlverişlidir.

8. Volkswagen e-up!

Modifikasiya e-up
Mühərrik sayı 1
At gücü 82
Fırlanma anı, Nm 210
Batareya həcmi, кVt*s 18,7
Yürüş məsafəsi, кm 160
Yüklənmə vaxtsı, s. 6
Sürətlənmə 100 кm/s, s. 12,4
Maksimal sürət, кm/s 80
Yük yeri həcmi, lt. 250

Dartqı

4X2
Qiymət, $ 30 000

Volkswagen e-up! – daha bir şəhər üçün əla seçim. E-Up eyni adlı kompakt hetçbek UP!-ın bazasında yaradılıb. Azərbaycanda rəsmi təqdim edilməyib. Elektrik mühərriki avtomobilin altında oxlar arasında yerləşdirilib. Bu yük yeri hissənin boş qalmasına imkan yaradır. Ona görə yük həcmi 250 lt alınır. Tam yüklənmə ilə 160 km məsafə qət edir. Bəli məsafə bir az azdır. Amma bu şəhər şəraitində çox yaxşı rəqəmdir. Bölgələrə səyahət üçün başqa bir varianta baxmaq lazım olacaq.

7. Tesla Model X

Modifikasiya 75D 100D P100D
Mühərrik sayı 1 1 2
At gücü 259 259 259+503
Fırlanma anı, Nm 249 249 249+649
Batareya həcmi, kVt*s 75 100 100
Yürüş məsafəsi, km 380 475 465
Yüklənmə vaxtı, ч. 8 9 9
Sürətlənmə 100 кm/s, s. 4,9 4,7 2,9
Maksimal sürət, кm/s 210 250 250
Yük yeri həcmi, lt. 736 736 736
Dartqı 4Х4 4Х4 4Х4
Qiymət, $ 79 500 96 000 140 000
Model X Teslanın ilk krossoveridir. Bu avtomobil amerikan şirkətinin Model S-də tətbiq etdiyi prinsiplə çalışır. Əsas fərqlərdən biri qanad şəkilində açılan arxa qapılardır. Bir yüklənmədə 500 km məsafə qət edə bilər. Həmçinin Model X tam dartqılı elektrik avtomobilidir. Hər oxda elektrik mühərriki yerləşdirildiyinə görə, kardan valından imtina edilib. Buraya həm öndə, həm arxada boş yük yerini də əlavə edin. Və budur, sizin üçün gündəlik ailə avtomobili Tesla Model X.

6. Hyundai Ioniq Electric

Modifikasiya Ioniq Electric
Mühərrik sayı 1
At gücü 118
Fırlanma anı, Nm 292
Batareya həcmi, кVt*s 28
Yürüş məsafəsi, km 200
Yükənmə vaxtı, s. 4
Sürətlənmə 100 кm/s, s. 10
Maksimal sürət, кm/s 165
Yük yeri həcmi, lt. 350
Dartqı 4X2
Qiymət, $ 35 650
 

Hyundai Ioniq Azərbaycanda rəsmi təqdim edilən ilk elektrik avtomobilidir.

İoniq-in 3 modeli var:

  • Hibrid (Benzin + yüklənməsiz elektrik);
  • Plugin (Benzin + yüklənən elektrik);
  • Elektrik (elektrik mühərriki).

Azərbaycana rəsmən elektrik mühərrikli İoniq gətirilir. Tam yüklənmədən sonra 200 km məsafə qət etmək mümkündür. Həmçinin, avtomobil genişdir və rahatlıqla 5 nəfər bu avtomobildə yerləşə bilərlər. Şəhər və ətraf ərazilərə rahat gedib gəlmək olar. Gündəlikdə işə getmək üçün ən yaxşı seçimlərdən biridir.

Modifikasiya Leaf S
Mühərrik sayı 1
At gücü 147
Fırlanma anı, Nm 320
Batareya həcmi, кVt*s 40

Yürüş məsafəsi, km

250
Yüklənmə vaxtı, s. 7

Sürətlənmə 100 km/s, s.

12.4
Maksimal sürət, km/s 120
Yük yeri həcmi, lt 668
Dartqı 4Х2
Qiymət, $ 36 000
 

Nissan Leaf demək olar ki, əfsanəvi avtomobildir. Halhazırda dünyada ən çox satılan olunan elektrik avtomobilidir.  2017-ci ilin Frankfurt avtosərgisində artıq yeni Leaf təqdim edilib. Dizayn daha da yaxşılaşıb və daha funksionaldır. Və ən əsası yürüş məsafəsi artıb. Azərbaycanda rəsmi olaraq satılmır, lakin Gürcüstanda daha uyğun qiymətə ikinci əl Leaf əldə edə bilərsiniz.

 

4. Volkswagen e-Golf

Modifikasiya Trendline 3 door
Mühərrik sayı 1
At gücü 170
Fırlanma anı, Nm 251
Batareya həcmi, кVt*s 36
Yürüş məsafəsi, km 300
Yüklənmə vaxtı, s. 6

Sürətlənmə 100 кm/s, s.

8,4
Maksimal sürət, кm/s 135
Yük yeri həcmi, lt. 490
Dartqı 4X2
Qiymət, $ 20 000

Əgər e-up! sizə hansısa formada uyğun deyilsə, Volkswagen-dən daha bir təklif var - e-Golf. Golf alman şirkətinin ən məşhur avtomobilidir. Və Avropada ən populyar modelidir. E-Golf-un ən böyük üstünlüyü zamanla sınanmış hetçbekin elektrik versiyada olmasıdır. Qiymət və sürüş məsafəsinə uyğun olaraq çox sərfəli avtomobillərdən biridir.

3. Tesla Model S

Modifikasiya 75D 100D P100D
Mühərrik sayı 1 1 2
At gücü 259 259 259+503
Fırlanma anı, Nm 249 249 249+649
Batareya həcmi, кVt*s 75 100 100
Yürüş məsafəsi, кm 446 594 572
Yüklənmə vaxtı, s. 8 9 9
Sürətlənmə 100 кm/s, s. 5,4 4,4 2,7
Maksimal sürət кm/s 225 250 250
Yük yeri həcmi, lt. 804 804 804
Dartqı 4Х4 4Х4 4Х4
Qiymət, $ 74 500 94 000 135 000
 

Tesla Model S – ən sürətli və təqdimatlı seriya buraxılışlı elektrik avtomobildir. Tesla yeganə şirkətdir ki, bu sinif elektrik avtomobilini kütləviləşdirə bilib. Model S ən bahalı elektrik avtomobilidir. Ən ucuzunu 74500 $ -dan aşağı tapmaq mümkün deyil.

Qabaritlərinə görə BMW 7 Series ölçüsündədir. Tərtibatına görə də 7-ci seriyadan geri qalmır. Ən yuxcarı komlektasiyalı Model S ilə 500 km məsafə qət etmək mümkündür.

Modifikasiya EXPRESSION NAV R90 SIGNATURE NAV R90 Z.E. 40
Mühərrik sayı 1 1
At gücü 92 92
Fırlanma anı, Nm 220 220
Batareya həcmi, кVt*s 22 41
Yürüş məsafəsi, km 240 400
Yüklənmə, s. 8 15
Sürətlənmə 100 km/s, s. 13,5 13,5
Maksimal sürət, km/s 84 84
Yük yeri həcmi, lt. 338 338
Dartqı 4Х2 4Х2
Qiymət, $ 20 000 25 500

Renault Zoe – Bu avtomobil də Azərbaycanda rəsmi olaraq təqdim edilməyib. Amma ən sərfəli elektrik avtomobillərindən biri kimi özünüz xaricdən gətirə bilərsiniz.

Zoe – rahatlıq, funskionallıq və qiymət baxımından ən sərfəli avtomobillərdən biridir. Qiyməti kifayət qədər uyğundur. Düzdür, benzin avtomobillərindən bahadır, amma yüksək qiymət bütün elektrik avtomobillərinin mənfi tərəfidir.

1. BMW i3

Modifikasiya I
Mühərrik həcmi 1
At gücü  118
Fırlanma anı, Nm 292
Batareya həcmi, кVt*s 28
Yürüş məsafəsi, km 200

Yüklənmə vaxtı, s.

4
Sürətlənmə 100 кm/s, s. 10
Maksimal sürət, кm/s 165
Yük yeri həcmi, lt. 350
Dartqı 4X2
Qiymət, $ 35 650
Mənə görə ilk yeri  BMW i3  tutur.  Bu elektrik avtomobili Azərbaycanda rəsmən təqdim edilməyib. İ3 -ün əsas fərqi budur ki, o həm də daxiliyanma mühərriki ilə təhciz edilir.  Sadəcə bu mühərrik elektrik mühərrikinin yüklənməsi üçün lazım olur. Ölçülərinə görə Ford Fiesta ilə uyğun gəlir. Və rəqiblərindən fərqli olaraq daha yüngüldür.