GERİYƏ
Avtofayda 3437

Qəza baş verdikdə forma 4 lazım deyil.

Tural Yusifov


Bu gün sürücülərin kiçik qəzalar baş verdiyi zaman, ən çox yaşadığı problem DYP-dən forma 4-ün alınmasıdır. Baxmayaraq ki, AvtoStop verilişində bu barədə daim danışırıq, amma yenə də bu mövzuya aydınlıq gətirmək məcburiyyəti yaranır.

bazar ertəsi, 21 yanvar 2019

Hər bir sürücü 3-cü şəxslər qarşısında avtomobilinin mülki məsuiiyyətini sığortalamalıdır. Bu ona qarşı tərəfə ziyan dəydiyi zaman əlini cibinə salmadan dəymiş ziyanın ödənilməsində yardımçı olacaq. Lakin, pulu almalı olan tərəf forma 4 problemi ilə qarşılaşır. DYP-də daim bu problemlə qarşılaşan sürücülər son ümid yeri olaraq AvtoStop-a müraciət edirlər.

Forma 4 hadisə baş verdikdən sonra hadisənin baş verməsi və dəymiş ziyanı təsdiqləyən sənəddir. Lakin, bu sənədi almamaq da olar. Sadəcə bir neçə əsas şərt var.

 
  • hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
  • hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə
  • olmadıqda;
  • hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
  • hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və
  • sığorta şirkəti tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Ona görə, hadisə baş verdikdə, hər kiçik cızıq, qırılma və ya sınmaya görə forma 4 almağa ehtiyac yoxdur. Üstəlik, bu şərtlər daxilində sığorta şirkətinin sizdən forma 4 tələb etmək hüququ da yoxdur. Həmçinin, bütün sənədlər təqdim edildikdən sonra, sığorta şirkəti 7 gün ərzində ödəniş etməlidir. 7 günü keçdikdə məbləğə 0.01 faiz dəbbə hesablanır. 

 

Yolda ehtiyyatlı olun.