GERİYƏ
Avtofayda 5615

Duman faralarına LED işıq quraşdırmaq olarmı ?

Tural Yusifov


Bu gün yollarımızda şütüyən avtomobillərin bir çoxunda led işıqlara rast gəlmək mümkündür. Lakin bir çoxları bu led işıqları hətta duman işıqlarına belə quraşdırırılar. Amma bunun bir texniki reqlamenti var. Buna əməl edilməsə, sizə cərimə yazıla bilər.

bazar ertəsi, 28 yanvar 2019

Bundan öncəki məqalələrimizdə avtomobilə hansı növ işıq quraşdırılması ilə bağlı yazmışdıq.  Amma yenə sürücülər duman əleyhinə faralara led quraşdırmaq barəsində sual verirlər. Ona görə hansı hallarda duman əleyhinə faralara led işıq quraşdırmaq olar onu aydınlaşdırmaq lazımdır.

Burada 2 əsas şərt var:

Duman faralarında led lamplaraın istifadəsi üçün onların işarələnməsi BMT-nin 19 saylı qaydalarına uyğun olmalıdır.

 

LED lampa özü BMT-nin 128 saylı qaydalarına uyğun olmalıdır.

Öncəliklə bunu yadda saxlayın, işıq diodları rəsmi sənədlərdə İYD - işıqyayan diod kimi təsdiq edilir. Bu LED qısaltmasının qarşılığıdır. Yuxarıdakı qaydaları oxyunda onun rus dilində olan qarşılığı SİD axtarın.

BMT-nin 19 saylıq qərarının 3.5.2 bəndində duman əleyhinə faralara quraşdırılan lampaların işraələnməsindən bəhs edilir. Bu işarəlnmə led-in istifadəsi üçün lazımdır.

Modul olaraq tanınan işarələnmə "MD" adlanır. Və onun ardınca rəsmi işarələnmə qeyd edilir.

Həmçinin, texniki qaydalara əsasən qarşıdan gələn sürücünün gözünü qamaşdırmamaq üçün , 2000 lümendən artıq işıq gücü gücü olan lampalar , mütləq avtonizamlayıcı ilə təchiz edilməlidirlər.

Beləliklə, əgər sizin avtomobilə quraşdırdığınız LED lampa MD işarələnməsi ilə deyilsə, bu zaman sizə cərimə yazılması tam doğru olacaq. Çünki MD işarələnməsi olmayan lampa duman əleyhinə rejimində deyil, adi rejimdə çalışmış olur.

YHQ 1-saylı əlavənin 3-cü bəndində isə yazılıb:

Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda.

Qanuna əməl edin.