GERİYƏ
Avtofayda 1558

Duman faralarına ksenon quraşdırmaq olarmı ?

Tural Yusifov


Bundan öncəki məqalələriimizdə duman əleyhinə faralara led işıq quraşdırılması haqqında yazmışdıq. İndi isə növbə çatdı ksenonlara.

bazar ertəsi, 28 yanvar 2019

İlk olaraq deyək ki, siz ksenonların qadağan olunması ilə bağlı birbaşa qadağanı YHQ -dan tapa bilməyəcəksiniz. YHQ 1 saylı əlavədə isə bu barədə məlumat yalnız bir neçə cümlədən ibarətdir. Ona görə mütləq BMT-nin qaydalarına baxmaq lazımdır. Azərbaycan həmin texniki reqlamentləri qəbul etdiyinə görə, bizim ölkədə bu qaydalar keçərlidir. Düzdür, bir çox YPX əməkdaşları sizə bu texniki reqlamenti izah edə bilməyəcək, amma burada yazılanlar həm onlara, həm də sizə köməkçi olacaq. 

İlk olaraq YHQ 1-saylı əlavəyə baxaq:

İşıq cihazlarında işıqyayıcılar olmadıqda və ya həmin işıq cihazının tipinə uyğun olmayan yayıcılardan istifadə edildikdə.

Bu avtomobillər yol hərəkətinə buraxılmır.

Həmçinin, işıq cihazlarının lampaları texniki göstəricilərə uyğun olmalıdır.

Avtomobilə quraşdırılan lampalar duman əleyhinə, yaxın və uzaq vuran işıqlarda olan işarələnməyə uyğun olmalıdır.

Bütün xarici işıq cihazlara, buraya duman əleyhinə faralar da daxildir, ksenon quraşdırmaq üçün onun işarələnməsi uyğun gəlməlidir. Bu işarə "D"-dir. Köhnə yapon avtomobilləri və Audi Q7 bundan öncəki buraxılışıarından savayı, heç bir istehsalçı əgər zavodda ksenon quraşdırmayıbsa, o "D" işarəsi ilə başlamır. Bu halda da avtomobiliniz yola buraxılmalı deyil.

Əgər sizin avtomobilin istehsalçısı duman əleyhinə faralarda "D" işarələnməsi etməyibsə, duman işıqlarına ksenon quraşdırmaq olmaz. Nəzərə alsaq ki, ksenon lampa nizamlayıcısız heç nəyə yaramır və duman əleyhinə faralarda nizamlayıcı yoxdur, bu işıq sizə və qarşıdan gələn sürücüyə ancaq mane olacaq.