GERİYƏ
Avtofayda 3389

Avtomobilə işıqları necə seçmək lazımdır?

Tural Yusifov


Bu gün sizə avtomobil işıqlarından bəhs edəcəm. Çünki bu birbaşa yol hərəkəti təhlükəsizliyinə aiddir. Və istehsalçılar, sürücülər avtomobillərini milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq işıq sisteminə diqqət etməlidirlər.

cümə axşamı, 31 yanvar 2019

İndiki halda bu BMT-nin Avropa iqtisadi komissiyasının 37 saylı qərarı ilə nizamlanır. Bu Avropada avtomillər üçün təhlükəsizliyin hüquqi bazasıdır. Qaydalara uyğun təsdiq homoloqasiya adlanır. Əgər avtomobilin detalı və ya hər hansı birləşməsi homoloqasiya edilibsə onu dairədə E hərfi ilə işarələyirlər. Daha sonra təsdiq ölkəsinin kodu gəlir. Məsələn - E-1 Almaniya, 2 Fransa, 5- İsveç və s.

Avtomobilin ən vacib elementi onun faralarında istifadə edilən lampalardır. 

Hərəkət işıqlarının təyinatını qarışdırmamaq üçün xüsusi reqlament hazırlanıb. Tiplərinə görə: H1, H2, H3, H4, H7, həmçinin, HB1, HB2, HB3, HB4, D1, D2. H1 lampaları 4 faraları avtomobillərdə istifadə edilir  (BMW, ВАЗ 2106), Və çox az hallarda duman faralarına qoşulur. İndi demək olar ki, o cür istehsal edilmir. H3 lampaları indi ancaq duman faralarına qoyulur. H2 çox nadir rast gəlinən lampalardır.  Ənənəvi 2 faralı CR tipli avropa avtomobillərində iki ilməli H4 və bir ilməli H7 lampaları tətbiq edilir. HB 1.2.3.4.5 və s işarələnməli lampalar isə amerika standardına işarədir. 

İndi isə lampaların və faraların  işarələnməsi haqqında. Bu videoda göstərdiyimiz  lamparın heç biri işarələnməmişdir. Bu o deməkdir ki, lampanı nizamlayıcı ilə birgə tətbiq etsəniz belə qaydanı pozmuş olacaqsınız.

İlk olaraq faralardan başlayaq.

Avtomobilin mühərrik hissəsində və ya farada belə bir işarələnmə hər zaman olur.

Bu istehsalçı tərəfindən hansı işıq tətbiq edilir o haqqda məlumatdır.

С — yaxın, R — uzaq, СR — iki rejimli (yaxın və uzaq) adi ( AİK BMT № 112, ГОСТ Р 41.112-2005);
HС — yaxın, HR — uzaq, HСR — iki rejimli hallogen (AİK BMT № 112, ГОСТ Р 41.112-2005);
DС — yaxın, DR — uzaq, DСR — iki rejimli ksenon (AİK BMT № 98, ГОСТ Р 41.98-99).
Faraların beynəlxalq işarələnməsi.
C – yaxın
R – uzaq
H – yalnız hallogen
HCR – yaxın və uzaq hallogen
DC – yaxın ksenon
DCR – yaxın və uzaq ksenon
PL – plastik yayıcı
S – lampa-fara (tam şüşəli)
B  (və ya F3) – duman əleyhinə
A – qabarit işıqları
02 – təsdiq kodu

Bütün bu kodlar markadan asılı olaraq əsas və duman işqlarının üzərində qeyd edilir. 

1. Təsdiqləyici ölkə. ABŞ avtomobillərin DOT, Avropada E yazılır.

2. Faranın təyinatı
A: Yan faralar
B (və ya F3): Duman əleyhinə faralar
C: yaxınvuran
R: uzaqvuran
CR: yaxın və uzaqvuran
C/R: yaxın və ya uzaqvuran

 

3.  H4 lampasının təyinat reqlamenti
HC: Yaxınvuran hallogen
HCR: yaxın və uzaqvuran hallogen
HC/R: Yaxın və ya uzaqvuran hallogen

 

4. Ksenon lampa üçün işarələnmə
DC: yaxınvuran
DR: uzaqvuran
DC/R: yaxınvuran və ya uzaqvuran 

 

5. İşıqlanma
Lyuksla : 7.5; 10; 12.5; 17.5; 20; 25; 27.5; 30; 37.5; 40; 45; 50.

6. Hərəkət istiqaməti

 

Əgər farada oxlar işarəsi varsa, demək bu fara sol hərəkətli yolar üçün nəzərdə tutulub. Əgər oxlar yoxdursa, demək sağ tərəfli hərəkət üçündür. İkibaşlı oxdursa, o zaman hər iki hərəkət sistemi üçün yararlıdır. 

HCHR işarələnməsi isə yapon avtomobillərində — HID C Halogen R- yaxın ksenon, uzaqvuran hallogen deməkdir. 

İndi isə lampaların işarələnməsi

 

Lampanın üzərində bu yazılar olmadıqda, bu lampaları istifadə etmək düzgün deyil. Təsdiqləyici olmayan lampalar yanğın törədə və qarşıdan gələn sürücünün gözünü qamaşdıra bilər. 

Həmçinin, 2000 lümyendən artıq işıqlanması olan lampalar mütləq avtonizamlayıcı ilə birgə istifadə edilməlidir. 

Farada H , lampada U işarəsi hallogen lampaya işarə edir və LED lampa hallogeni əvəz edə bilir. LEd lampaların ayrıca işarələnməsi olmadığına görə hallogen yerinə istifadə edilə bilər.  Əsas olan - düzgün lampa (avtomobilin kitabçasında və farada yazılıb), düzgün nizamlama (kitabçada olur)  və uyğun işıq yayıcı.

Duman işıqlarında isə B (və ya F3) işarələnməsinin yanında mütləq MD (modul diod) yazılması lazımdır. Yəni, duman işığı bizdə H3-dür, farad MD yazılıbsa o zaman biz H3 LED quraşdıra bilərik. Quraşdırdığımız H3 lampada isə mütləq yuxarıda göstərilmiş şəkildə işarələnmə olmalıdır. Bu olmasa, o zaman standardan kənar lampa quraşdırmış oluruq. Bu isə 150 manat cərimədir.

Ona görə, avtomobilə lampa alan zaman orjinal lampa alın. Halhazırda satılan lampaların çox hissəsi saxta və standartdan kənardır.