GERİYƏ
Avtofayda 4705

Yol polisini çəkmək olarmı ?

Tural Yusifov


Hər dəfə YPX əməkdaşı ilə sürücü arasında baş verən dialoq sosial şəbəkələrdə yayaılandan sonra bu və ya digər formada DYP rəsmiləri açıqlama edirlər ki, bəs YPX əməkdaşını iş başında çəkmək olmaz. Guya bu YPX əməkdaşının işinə mane olmaqdır. Əslində isə qanun belə bir qadağa etməyib.

bazar günü, 03 fevral 2019

İlk olaraq, onu qeyd edək ki, YPX əməkdaşının iş başında video qeydiyyata alınması onun şəxsi həyatı deyil. 

Konstitusiyanın 32-ci maddəsinə əsasən :

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

YPX əməkdaşı xidmət başında olan zaman, bu onun şəxsi həyatı deyil. Və onun lentə alınması qanunla qadağan deyil. Gələk, YPX əməkdaşının işinə mane olmağa.

YPX yaqqında TƏLİMAT 4-cü bənd :

Patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış video kamera daim işlək vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır.

Göründüyü kimi, qanun belə danışıqların kamera görüntüsünə qeydə almağı əmr edir. Qanun maksimum şəffaf olmağı buyurur. YPX əməkdaşının işinə o zaman mane olmaq sayıla bilər ki, YPX əməkdaşı protokol yazan zaman, onun çəkilən video ilə təhdid, şantaj edilməsi. Amma YPX əməkdaşı kameranı söndürməyi əmr edə bilməz. Əgər, YPX avtomobilində kamera da çəkirsə, bu sürücünün avtomobilində olan kameranın YPX əməkdaşına nə maneəsi ola bilər? Yetər ki, sürücü bu videodan təhdid kimi istifadə etməsin, əməkdaşa qanuni fəaliyyətində QANUNSUZ maneə yaratmasın. Dialoqların qeydə alınması isə heç bir yerdə qadağa edilməyib. Əksinə, avtomobildə quraşdırılan videoqeydiyyatçı qanunla qadağan deyil və onun görüntüləri məhkəmədə sübut kimi istifadə edilə bilər.