GERİYƏ
Avtofayda 2922

Yolayrıclarında yaşanan problem - Zolaqlar üzrə hərəkət nişanı

Tural Yusifov


Bu gün bizim yollarımızda 5.8.1-5.8.2 nişanlarının ciddi çatışmazılığı var. Yolayrıcına yaxınlaşanda sürücü son anda hara və hansı istiqamətdə gedəcəyini bilir. Bu sanki kənardan tələyə bənzəyir.

bazar günü, 03 fevral 2019

DYP adətən YHQ 69-cu maddəni əsas gətirir:

1.18 — yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir, müstəqil, yaxud 5.8.1, 5.8.2 nişanları ilə birlikdə tətbiq edilir, dalan təsviri çəkilmiş nişanlama xətti göstərir ki, yaxınlıqdakı hərəkət hissəsinə dönmək qadağandır, sol kənar zolaqdan sola dönməyə icazə verən işarə həmin zolaqdan geriyə dönməyə də icazə verir;

Və adətən, sürücüyə: "sən nişanı öncədən görməliydin" deyərək cəriməni tətbiq edirlər. Amma yol nişanlarının quraşdırılma standardı  var və bu nişanlar məhz bu standardla quraşdırıla bilərlər. Bundan kənara çıxmaq olmaz. 

Yol nişanlarının quraşdırılması ГОСТ  23457-86 və "Yol nişanlarının quraşdırılmasının texniki reqlamenti" ilə nizamlanır. Yəni, yalnız YHQ yetərli deyil.

İlk olaraq, 5.8.1 və 5.8.2 nişanları yolayrıcında elə quraşdırılmalıdır ki, sürücü öncədən nişanı görsün və vaxtında 1.1 xətti başlamadan zolağı dəyişə bilsin. Əgər sürücüyə bu nişanı görmək çətinliyi yaranırsa, bu nişanlar yolayrıcına qədər də, təkrarlanmalıdır.

 

 

Əgər yollarda yalnız sağa və sola dönmə müəyyən edilibsə, o zaman məcbur edici və ya əmredici nişan quraşdırlmalı deyil. Buraya 5.8.1 və 5.8.2 nişanı quraşdırılmalıdır.

 

Standarda uyğun olaraq isə, 1.18 nişanlanması intensiv hərəkət zamanı yolayrıcına çatmamış 20-30 metr qalmış iki və ya üç dəfə təkrarlanmalıdır. 

Standardın bu hissəsini rus dilində yerləşdirirəm ki, əlavə sual yaranmasın:

Указывает направление движения в полосе на перекрестке, дублирует знаки особых предписаний 5.8.1, 5.8.2 «Направление движения по полосам». При разрешающей разметки «Поворот налево» из крайней левой полосы разрешает разворот.

Görün, qanun nə deyir: 1.18 nişanlanması 5.8.1 və 5.8.2 "Zolaqlar üzrə hərəkət" nişanını təkrarlayır. Yəni, bu cür yolayrıclarında xəttləmə 5.8.1 və 5.8.2 nişanı ilə təkrarlanmalıdır.  Standarddan kənar quraşdırılmamış nişana görə, sürücü məsuliyyət daşımır. Və yazılmış protokoldan şikayət etmək olar.