GERİYƏ
Avtofayda 4021

Kim kimə yol verməlidir ?

Tural Yusifov


Xüsusi siqnallar, svetofor və baş yolun istiqaməti - burada çaşbaş qala bilərsiniz. Real həyatda çaşmamaq üçün AvtoStop izah edir.

çərşənbə axşamı, 05 fevral 2019

Yolayrıcında üstünlük nişanları və svetofor quraşdırılıb. Əgər svetofor işləyirsə, demək yolayrıcınizamlanandır. Üstünlük nişanları və onlara uyğun əlavə məlumat lövhəciyi qüvvədə deyil. Demək, svetoforun işarələrinə diqqət edirik. Həmçinin, sayrışan işıqlara və səs siqnalına baxırıq.

İlk olaraq YPX avtomobili hərəkət edəcək. Svetoforun qadağa siqnalına baxmayaraq, YPX avtomobili sözsüz ki, üstündür. 

"Göy-qırmızı sayrışan işıqlı operativ nəqliyyat vasitəsi səs siqnalları ilə bərabər qoşulu halda gəlirsə, hərəkətin digər iştirakçıları ona yol verməlidirlər.

Qar təmizləyən, zibil daşıyan avtomobilin üzərində olan sayrışan işıq ona üstünlük vermir

"Yanıb-sönən sarı və ya narıncı sayrışan işıqlar üstünlük hüququ yaratmır. Bu  sadəcə hərəkət iştirakçılarını xəbərdar etmək üçündür.

Yolayrıcında keçmə ardıcıllığını düzgün müəyyən etmək üçün qanuna baxmaq lazımdır.

"Eynihüququlu yolların kəsişməsində sağa və ya sola dönən relssiz nəqliyyat vasitələrinin sürücüsü sağdan yaxınlaşan və ya düzünə hərəkət edən NV-ə yol verməlidirlər.

Beləliklə, sola dönən mavi rəngli avtomobilin sürücüsü yolxidməti avtomobilinə yol verməlidir. Qırmızı avtomobil isə ona yaşıl işıq yandıqdan sonra ən sonda hərəkət etməlidir. İlk olaraq isə, hərəkət üstünlüyü YPX avtomobilində olacaq.