3
3
cümə axşamı, 01 yanvar 1970
3
Azərbaycanda baş verən yol nəqliyyat hadisələrinin 50%-də, bu hadisələrin əsas iştirakçıları piyadalardır. Düzdür, burada yalnız piyadaların günahından söhbət gedə bilməz. Burada sürücülərin də diqqətsizliyi və məsuliyyətsizliyi də rol oynayır. Bu gün sizə hər gün şəhər yollarında qarşılaşdığınız situasiyadan bəhs edəcəm.
çərşənbə, 08 may 2019
Dörd zolaqlı yoldur. Hər iki istiqamətə iki zolaqdır. Siz icazə verilmiş saatda 60 km sürətlə nizamlanmayan piyada keçidinə yaxınlaşırsınız. Keçiddə heç kimi görmürsünüz. Piyada keçidindən dərhal sonra səkinin yanında avtomobil park edilib. Siz sol zolaqla hərəkət edirsiniz. Sizdən bir az öndə avtobus hərəkət edir. Piyada keçidinə 50 metr qalmış avtobus sola dönmə işığını yandırır. Çox güman ki, park edilmiş avtomobili üstələmək istəyir. Amma qəfildən əyləcə basır. Siz bu zaman nə edəcəksiniz?
Əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.
Yollarda ehtiyyatlı olun.