GERİYƏ
Avtofayda 6252

İcbari sığortadan pulu almağın sadə yolu

Tural Yusifov


Bu gün bir çox sürücülərimiz qəza baş verdikdən sonra icbari sığortadan pul almaqda çətinlik çəkirlər. Bu xüsusən 1000 manata qədər olan dəymiş ziyandan gedir. İcbari sığorta xidməti göstərən sığorta şirkətləri Forma 4 istəyirlər. Əslində isə . . .

cümə, 10 may 2019

Əslində isə qanunda belə bir müddəa var:

58.2. Bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda,habelə hadisə iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə tələb olunmur:
 
 
  • hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə;
  • hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə
  • olmadıqda;
  • hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə;
  • hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və
  • sığorta şirkəti tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Əslində bu protokol micbari sığorta aldıqda sizə təqdim edilməlidir. Lakin icbari sığorta elektron qaydada əldə edildiyinə görə, onu sizə heç kim təqdim etmir. Və ümumiyyətlə sığortaçılar çalışırlar ki, bu haqda sussunlar.

Burada mən həmin protokolun nümunəsini və doldurulma qaydasını  yerləşdirəcəm. Mütləq istifadə edin.

 

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdiyi protokolun forması

Protokolun doldurulma qaydası

 

Vacib qeyd - Bu protokol YPX əməkdaşının doldurmalı olduğu rotokolun eyni deyil. Bunu sürücülər özləri doldururlar.