GERİYƏ
Avtofayda 1167

Avtomobildə "Satılır" yazılması cərimədirmi ?

Tural Yusifov


Yenə aləm qarışdı bir birinə. İndi də avtomobilin üzərinə "Satılır" yazılmasının qadağan olunması ilə bağlı söhbət yayılıb. Amma heç kim qanuna baxmır. Doğurdanmı belə qanun var ?

bazar ertəsi, 13 may 2019

GuyaD YP-dən verilmiş açıqlamaya əsasən, guya bu sürücülər reklam haqqında qanunu pozurlar. Əvvəla rəsmi qaydada BDYPİ-dən belə açıqlama olmayıb. Nə qədər axtardım, bəzi jurnalistlərin yazısından savayı , bir şey tapmadım. Məsələn: video müsahibə. Amma biz olacaq irada qarşı dərhal qanuna baxırıq.

"Reklam haqqında" Qanun:

1.2. Bu Qanun siyasi reklama, istehlakçılara çatdırılması “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş, habelə malın qabı üzərində onun istehsalçısı, idxalçısı yaxud ixracatçısı, malın adı, növü, tərkibi və istifadə qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri barədə məlumatlara, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına, əmtəənin bazarda satılması məqsədi daşımayan və sosial reklam olmayan redaksiya-nəşr, sorğu-informasiya və analitik materiallarına, dövlət orqanlarının, bələdiyyələrin reklam xarakteri daşımayan və sosial reklam olmayan məlumatlarına, reklam xarakterli məlumatlar yerləşdirilməyən lövhələrə və göstəricilərə, elm, ədəbiyyat, incəsənət əsərlərinə şamil olunmur.

2.0.1. reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat;

Qanuna əsasən əgər siz avtomobilinizin şüşəsinə "SATILIR" yazımısınızsa, bu reklam deyil. Çünki bu sizin kommersiya fəaliyyətinizlə bağlı deyil. Əgər siz elana "Bu və digər avtomobillər filan yerdən ala bilərsiniz " yazarsınızsa, o zaman bu reklam hesab ediləcəkdi. 

 

Deyilənə görə yol polisi qanunun bu maddəsinə əsaslanır :

25.1. Nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı yaxud reklam agenti arasında bağlanan müqavilə əsasında nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Amma insan evini, avtomobilini  və ya telefonunu satırsa, bu reklam deyil. Bu elandır. Yuxarıdakı maddədə reklamın tərifi verilib. Elan yazılmış avtomobil səkidə saxlanılıbsa, bu cərimədir. Amma SATILIR sözünə görə cərimə yoxdur. Yol polisinin adınadan edilən açıqlama isə dezinformasiyadır. BDYPİ-i belə açıqlama etməyib.