GERİYƏ
Avtofayda 2049

Burada hansı avtomobillər qaydanı pozur ?

Tural Yusifov


Bəzi yerləri çıxmaq şərti ilə, biz artıq dairəvi hərəkətdə olan avtomobillərin üstünlük təşkil etdiyini öyrəndik. Bəs biz bu tipli dairədə özümüzü necə apramalıyıq ? Bu yolayrıcında kim qaydanı pozub ?

bazar ertəsi, 20 may 2019

Gəlin, ilk olaraq mai rəngli avtomobildən başlayaq. "YHQ" deyir ki, sürücü sağa dönməzdən öncə (dairəvi yolayrıcına daxil olan zaman bütün sürücülər bu manevri edirlər) yolun hərəkət hissəsinin mümkün qədər sağında hərəkət hərəkət etməlidirlər. Sağ tərəfdə avtomobil park edilib və təbii ki, sağ tərəfi tutmaq mümkün deyil. Ona görə mavi rəngli avtomobilin sürücüsü qaydaları pozmayıb. 

Ağ rəngli avtomobilin sürücüsü yolayrıcında park edib. Qaydalar dairəvi hərəkət təşkil edilmiş yolayrıcında parklanmanı qadağan etmir. Sadəcə bir qayda var. Yolayrıcında 5 metrdən yaxın məsafədə durmaq olmaz. Şəkildən göründüyü kimi burada məsafə 3 metrdir. Ağ rəngli avtomobilin sürücüsü qanunu pozub.

Qırmızı rəngli avtomobilin sürücüsü yəqin unudub ki, dairıvi hərəkət təşkil edilmiş yolayrıclarında sağ zolaqdan çıxmaq lazımdır. Sağdə hərəkət edən sarı rəngli avtomobil qayda pozmaq üçün bəhanə deyil. Qırmızı rəngli avtomobilin sürücüsü qanunu pozur.

Və sarı rıngli avtomobilin sürücüsü. YHQ -a əsasən bu manevr təhlükəsizdir və qaydalara uyğundur.  Bu yolayrıcında qanunu ağ və qırmızı rəngli avtomobillərin sürücüləri pozurlar.