GERİYƏ
Avtofayda 5985

Üfürmək istəmirəm - Sərxoşluğun müəyyən edilməsi

Tural Yusifov


Bu gün sürücülər gecə vaxtı yol gedən zaman YPX isnpektoru tərəfindən saxlanılır və sərxoşluğun müəyyən edilməsi üçün müayinədən keçmək təklif edilir. Sürücülərin dediyinə görə, onlara kiçik alkotester verilir. Və bir çox sürücülər həmin alkotesterə üfləməkdən imtina edirlər. Qanunla necə olmalıdır izah edirik.

cümə axşamı, 20 iyun 2019

Standart situasiyadır gecə vaxtı restoranlar biol olan keçədən keçirsinizsə, inspektor sizi saxlaya bilər. Bu zaman sizə alkostestrə usləmək təklif ediləcək. Bir çox sürücülər bu prosedura yarım dəqiqə, iki dəqiqə vaxt sərf edirlər.  Amma qanuna əsasən:

 

1. Sürücünün hərəkətləri sərxoş olmasına əsas verdikdə saxlanılır.

2. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir.

3. Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır.(İXM 81-ci maddə)

4. Bu cür cihazlara üfürməkdən imtina inzibati pozuntu hesab edilmir. Çünki sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə cərimə var. Yerində alkotesterdən imtina etmək cərimə halı yaşatmır. Sadəcə sürücü tibbi müayinəyə aparılmalıdır. Tibbi müayinədən imtina edilməsi inzibati pozuntudur.

 

Prosedura görə :

 

 

1. Xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir.

2. Sürücünü  sərxoşluğu ilk olaraq xüsusi texniki vasitə ilə yoxlanılmalıdır. 

3. Sürücü sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır.

4. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir.

5. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokolda aşağıdakılar göstərilir:

  • protokolun tərtib edildiyi yer, tarix və vaxt;
  • protokolu tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı;
  • nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırmanın və sərxoşluq vəziyyətini müəyyən etmənin əsasları;
  • nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatlar;
  • nəqliyyat vasitəsinin tipi, markası, modeli, dövlət qeydiyyat nişanı və digər eyniləşdirmə əlamətləri barədə məlumatlar.

6. Nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, habelə nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırılan və sərxoşluq vəziyyətini müəyyən etmək üçün barəsində xüsusi texniki vasitələrdən istifadə edilən və ya tibbi müayinəyə göndərilən sürücü tərəfindən imzalanır. Sürücü protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Sürücünün izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti sürücüyə təqdim edilir.

7. Sərxoşluq vəziyyətini müəyyən etmənin tibbi müayinəsi barədə akt müvafiq protokola əlavə olunur.

8. Sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər (İXM 96-cı maddə).