GERİYƏ
Avtofayda 1041

Burada kim yol verməlidir ?

Tural Yusifov


Hamı bilir ki, ən pis anlar daima banal situasiyalarda yaşanır. Məsələn: parkinqdən çıxış zamanı. İndi göstərəcəyimiz situasiyaya diqqətlə fikir verin. Adətən sürücülər belə hesab edir ki, parkinqdə qaydalar çalışmır və bir-birini başa düşmək lazımdır. Amma gəlıin məsələyə qaydalarla baxaq.

bazar ertəsi, 04 noyabr 2019

Gəlin, ilk olaraq qaydalara əsasən üstünlük kimdədir onu aydınlaşdıraq. Hər iki nəqliyyat vasitəsi eyni anda parkinqdən hərəkətə başlayırlar. Hər iki nəqliyyat vasitəsi yük avtomobilinə yol verdikdən sonra manevr etmək istəyirlər. Yük avtomobili üstünlük hüququna malik idi. İndi isə əsas məsələ bu avtomobillər arasında üstünlüyün müəyyən edilməsidir. 

Siz öz zolaqğınızda, qırmızı avtomobil qarşı yoldadır fikri düzgün deyil. sizin avtomobillə qırmızı rəngli avtomobilin arxa təkərləri hələ ki, parkinqi tərk etməyib. Deməli, eyni anda manevr etmək qaydaları yada düşür.

Sürücülər eyni anda yerdəyişmə edəcəklərsə, bu zaman sağda olan nəqliyyat vasitəsi üstünlük hüququna malikdir.

Deməli, qırmızı avtomobil sağda olduğu zaman üstünülk hüququna malikdir. Sizin dönmə işıqlarınızı yandırmağınız sizə üstünlük hüququ vermir.  Qaz verib qırmızı rəngli avtomobilin önündən keçmək qərarı vermək istəsəniz qəzaya düşəcəksiniz. Və bu zaman YHQ-ya əsasən günahkar siz hesab ediləcəksiniz. Hətta parkinqdə olduğunuz zaman sağdan gələn nəliyyat vasitəsi üstünlük hüququna malikdir.