GERİYƏ
Avtofayda 989

Avtomobilin altına işıq quraşdırılmasına icazə varmı ?

Tural Yusifov


Bu gün sürücülərimizin bir qismi avtomobilinə əlavə işıq quraşdırmaq istəyirlər. Və bununla bağlı çoxlu sayda sual ünvanlayan və sual ünvanlamadan işıq quraşdıranlar da var. Bu işıq növlərindən biri də avtiomobilin altına işıq quraşdırılmasıdır. Rəsmi istehsalçıların tüninqləri zamanı belə iş görənlər var. Amma ilk olaraq qanunla tanış olmaq lazımdır. Avtomobilin altına işıq quraşdırılmasına icazə varmı ?

cümə axşamı, 07 noyabr 2019

Bunun üçün YHQ-nun 1 saylı əlavəsinə baxmaq lazımdır. 1 saylı əlavənin 3-cü yarımbəndi işıq cihazların haqqındadır və bu bənddə nasazlıq sayılan bir bənd var.

Xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmadıqda.

Avtomobildəki  istehsalçı tərəfindən nəzərdə tutulmayan, qanunda deyildiyi kimi nəqliyyat vasitəsinin konstruksiyasında olmayan  işıq mənbələri , işığın tipi, yerləşməsi, iş rejimi həm BMT-nin 48,53,75 saylı qərarlarına, həm də YHQ 1 saylı əlavənin 3-cü yarımbəndinə uyğun olaraq quraşdırılmalıdır. Burada da bir neçə əsas məqam var.

  1. Avtomobilə quraşdırılan işıq yanıb-sönən olmamalıdır. Bu işıq yalnız dönmə işıqlarına aiddir və o işıq narıncı rəngdə olur. Yəni , digər hərəkət iştirakçılarını çaşdıran olmamalıdır.
  2. Quraşdırılmış işıq ətrafa yayılan və STOP -larla paralel işləyən qırmızı rəngdə olmamalıdır. Çünki digər hərəkət iştirakçılarını çaşdıra bilər.
  3. Bu arxaya hərəkət fənərinin ağ rənginə bənzər və o funksiyanı xatırladan olmamalıdır. Təkrar edirəm, digər hərəkət iştirakçılarını çaşdırmamalıdır. 
  4. Bu işıq digər əsas işıqlarında öncə quraşdırılmır və onlardan parlaq yanmamalıdır.
  5. Quraşdırılmış qırmızı işıq 25 metr-dən daha az məsafədə görünən olmamalıdır.
  6. Eyni məsələ ağ işığa da aiddir.
  7. Bu işıq ayrıca yanıdırlıb və söndürülməli , digər işıqlarla eyni funksionallığa malik olmamalıdır. Çünki, bu işıq stopla bərabər yanarsa, bu zaman bu işıqların sayı artmış olur. Çünki qanuna əsasən avtomobilə  nəzərdə tutulmuş saydan artıq STOP işıqları quraşdırılması qadağandır. 2-dirsə 2 ədəd olmalıdır. Ona görə, avtomobilin altına quraşdıracağınız işıq digər işıqlardan ayrı olmalı və onların funksiyasına malik olmamalıdır.

Nəticə: Avtomobilin altına işıq quraşdırmaq olar. Sadəcə qaydalara əməl etmək lazımdır və digər hərəkət iştirakçılarını çaşdırmamalıdır. Əgər bu işığa görə qeydiyyatı soruşursunuzsa, o zaman yenə də qanuna baxırıq.

 

 Aşağıdakı hallarda nəqliyyat vasitələri təkrar qeydiyyata alınır:
1) fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer dəyişildikdə;
2) nəqliyyat vasitəsinin sahibi dəyişildikdə;
3) sahibinin soyadı, adı, atasının adı dəyişildikdə;
4) avadanlıqla təchiz edilib yenidən yığılmasına və aqreqatların dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin tipi və yaxud modeli dəyişdirildikdə.

 

Avtomobilinizdə dəyişiklik edə bilərsiniz, amma qanun çərçivəsində.