GERİYƏ
Avtofayda 1051

Bu formada ötmə olarmı ?

Tural Yusifov


Hamı bilir ki, bütov düz xətt olduğu zaman ötmə əmıliyyatı etmək olmaz. Amma yolayrıcında heç bir ayırıcı xətt yoxdur.

bazar günü, 17 noyabr 2019

Bütün sürücülər biirlər ki, ötmə əmliyyatı ən təhlükəli əməliyyatdır. Əgər səhvə yol versən bu sənin üçün acınacaqlı bitər.  Qəzadan yan qaça bilsən də , YPX inspektoru ilə qarşılaşa bilərsən. Düzdür, bizdə yanlış ötmənin cəriməsi 100 manat və 5 baldır. Çox olmasa da, yenə də əlavə xərc sayıla bilər. Qonşu ölkələrdə bu cür əməliyyatlara görə sürücülük hüququ məhdudlaşdırılır. 

Yolayrıcına yaxınlaşan zaman qarşınızda avtomobil var. Şəkildə göstərilmiş trayektoriya ilə ötmə olarmı ?

YHQ 51-ci maddədə ötmənin qadağan edildityi yerlərdən biri haqqında deyilir :

 

 nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə);
 

YHQ 76-cı maddədə isə nizamlanan yollayrıcı nizamlayıcı və svetofor vasitəsi ilə nizamlandıqda hesab edilir. Amma bütün svetoforlar nizamlanan yolayrıcına aid deyil. Çünki qaydalara əsasən sarı işığı yanıb-sönən svetoforlar (şəkildəki kimi) və ya ümumiyyətlə svetofor çalışmayan yolayrıcları nizamlanmayan yolayrıcı hesab edilir. Ona görə belə yollarda sürücülər nizamlanmayan yolayrıcları qaydalarına riayət etməlidirlər.

Belə alınır ki, şəkildə göstərilən situasiya nizamlanan yolayrıcına aiddir. Və biz burada ötməni edə bilərik. Əsas odur ki, bütöv xətt varsa, onu kəsib keçməyək.

Son olaraq ötmənin qadağan edildiyi yerləri xatırlatmaq istəyirəm :

  •  nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə);
  • piyada keçidlərində — piyadalar olduqda;
  • dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda;
  • ötən və ya yanından keçən nəqliyyat vasitəsini;
  • yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla;
  • tunellərdə