GERİYƏ
Avtofayda 7734

Xarici nömrəli avtomobil sürənlər nə edəcəklər ?

Tural Yusifov


Noyabr ayının son həftəsindən etibarən "Dövlət gömrük komitəsi" xarici ölkə vətəndaşlarına məxsus nəqliyyat vasitələrinə nəzarəti gücləndirib. Əvvəllər xarici ölkə vətəndaşlarına məxsus nəqliyyat vasitələri bir il ərzində ölkə ərazisində hər 90 gündən bir giriş-çıxış edərək istismar edilirdi. Və bu avtomobillərin sahiblərinin bir çoxu ölkə ərazisində sərnişin və yükdaşıma ilə məşğul idilər. Və heç birinin fərqlənmə nişanı yox idi. Bu isə Azərbaycana məxsus dövlət qeydiyyat nianlı avtomobillərlə qanuni daşıma ilə məşğul olanların işinə mane olurdu. Lakin burada başqa bir problem də var.

bazar günü, 01 dekabr 2019

Əslində, qanunvericilikdə xarici ölkələrə məxsus nəqliyyat vasitələrinin 90 gün ərzində ölkə ərazisində heç bir depozit ödənilmədən istismarına hər zaman icazə verilirdi. Lakin giriş-çıxış etdikdən sonra növbəti 90 gün ölkə ərazisinə daxil olmalarında heç bir maneə yaradılmırdı. İndi isə vəziyyət dəyişdi. ilk olaraq xarici nömrəli avtomobillərin ölkə ərazisində qeyri-qanuni sərnişin və yük daşıma ilə məşğul olmaları və inzibati məsuliyyətə cəlb edilməmələri ölkə sürücülərində narazılıq yaratmağa başladı. Daha sonra gömrük rüsumlarını ödəməmək üçün (gömrük rüsumlarının səviyyəsi ayrı bir mövzudur) Avro 4 standartlarına cavab verməyən avtomobillərin ölkə ərazisinə axını başladı. Bunu edənlər isə həm xarici ölıkə vətəndaşları , həm də Azərbaycan vətəndaşları idi. Sözün açığı, 4-5 ay bundan öncə #AvtoStop verilişində sui-istifadə hallarının artıq aydın görünən olduğu və gömrük komitəsinin bu barədə ölçü götürəcəyini öncədən xəbərdar etmişdik. Artıq tam avtomatlaşdırılmış sistem işə düşüb. 

Hansı problemlər olacaq ?

  • Qeyri-qanuni sərnişin daşıma ilə məşğul olanlar 90 gün ərzində ölkədən çıxış etməsələr , cərimələnəcəklər. Sistem avtomatik çalışdığına görə 1 illik qalma müddəti üçün gömrük rüsumları ödənilməlidir.
  • Xarici vətəndaşın adına alınan avtomobillər Avro 4-dürsə, gömrük qeydiyyatına alınmalıdır.  Avro 4 olmayan maşınlar 90 günün tamamında ölkəni tərk etməlidirlər. 
  • Xarici ölkədən aldığınız avtomobili dövlət qeydiyyat nişanı, VİN kodla yoxlatdırın. Ölkəyə bir neçə dəfə giriş etmiş avtomobili aldıqda , onu ölkəyə daxil edə bilməyəcəksiniz. Depozit istəyəcəklər.

İndi necə olacaq ?

  • Xarici ölkəyə məxsus avtomobil 1 il ərzində ölkəyə 90 gündən artıq olmamaq şərti ilə daxil ola bilər. 
  • Avtomobillər avtomatik rejimdə həm dövlət qeydiyyat nişanı, həm də VİN kodla yoxlanılır.
  • 90 günü keçmiş avtomobillər yenə də ölkəyə daxil olmaq istəyirsə, avtomobilin gömrük rəsmiləşdirilməsi miqdarında gömrük zəmanəti (depozit) ödənilməlidir.
  • Azərbaycan vətəndaşları etibarnamə ilə xarici ölkə vətəndaşına məxsus nəqliyyat vasitəsini gömrük zəmanəti olmadan ölkəyə gətirə bilməzlər.
  • Burada da müddət il ərzində 90 gündən çox olmamalıdır.
  • Xarici ölkəyə məxsus Avro 4 olmayana avtomobil əldə etmisinizsə, onu geri aldığınız ölkəyə qaytarıb satmağınız məsləhətdir. Çünki istəsəniz belə Avro 4 olmayan heç bir avtomobili (raritet deyilsə) gömrükdə rəsmiləşdirə bilməyəcəksiniz.
  • Avro 4 standartına cavab verən avtomobillər isə mənsub olduğu ölkənin daimi qeydiyyatından çıxdıqdan sonra, ölkə əraizisində qeydiyyata alına bilərlər.