GERİYƏ
Avtofayda 1313

Bu yolayrıcında ötmə etmək olarmı ?

Tural Yusifov


"Yol hərəkəti haqqında" qanunda ötmə ilə bağlı hər şey dəqiqliklə yazılıb. ilk baxışdan görünür ki, yolayrıcında ötmə haqqında hər şeyi yazıblar. Bəs sürücülər məhduddiyyətlər haqqında bilirlərmi ? Yox, heç də hamı bir kiçik detala fikir verir. Bəs burada gizlənən sirri tapa bilərsinizmi ?

bazar günü, 08 dekabr 2019

Ötmə və qarşılıqlı keçmə haqqında hər şey "YHQ" 51-ci maddədə qeyd edilib. 51-ci maddənin V bəndində nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə ötmənin qadağan olunması yazılıb. Bu situasiyada biz baş yolla hərəkət edirik və bizə elə gəlir ki, ötmə edə bilərik. Amma əslində belə deyil.

Biz yolayrıcına baş yol kimi daxil oluruq. Və bu yolayrıcı nizamlanan deyil. Amma burada "Baş yol" nişanın altında əlavə məlumat lövhəciyi var. Bu "baş yolun istiqaməti" nişanıdır.  Bax burada sual yaranır.  Bir tərəfdən nizamlanmayan yolayrıcında ötmənin şərtinə əməl edilib. Amma bir tərəfdən. Axı qanunda  - baş yol olmayan yolla ifadəsi elə-belə istifadə edilməyib. bununla biz müxtəlif maneələrdən yan qaçırıq - piyadalar, digər avtomobillər və s. Yəni, biz yolayrıcına baş yolla daxil olub, davam edib və baş yol kimi hərəkəti bitirməliyik.
Bizim variantda isə bizim sağımızdan gələn nəqliyyat vasitələri üstünlük hüququna maikdirlər.  Bu o deməkdir ki, qəzaya düşmə riski böyükdür.  həmçinin "baş yolun istiqaməti" məlumat lövhəciyinə fikir verin. 

Bu yolayrıcında ötmə qadağandır.