GERİYƏ
Avtofayda 2490

Burada qaydanı kim pozur ?

Tural Yusifov


Bizdə dairəvi hərəkət təşkil edilmiş yolayrıcında sürücülər səhvlərə yol verirlər. Hətta dairəvi hərəkət olmayan yolayrıcını eyni qaydada keçmək istəyənlər də var. Bir çoxları belə yolayrıclarında səhvlərə yol verirlər. Gəlin sizi də sınayaq.

çərşənbə axşamı, 10 dekabr 2019

Burada baş yol və istiqaməti, üstünlük nişanları quraşdırılıb. Yolayrıcına iki avtomobil yaxınlaşır. Hər iki sürücü sağa dönmək istəyir və onların hər ikisi sağ kənar zolağa dönmək istəyir. Qaydanı kim pozur ?

Burada düzgün cavabı vermək üçün bu yolayrıcının dairəvi hərəkət təşkil edilmiş yolayrıcını olub-olmamağını müəyyən etmək lazımdır. İlk baxışdan elə görünür. Amma  yolda dairəvi hərəkət nişanı olmadığına görə bura dairəvi hərəkət təşkil edilmiş yolayrıcı hesab edilmir.  Nişan yoxdursa , deməli burada adi yolayrıcıdır. 

Yolayrıcında sağa dönmə zamanı bu qaydaya əməl etmək lazımdır:

Sürücü sağa və sola dönməzdən öncə müvafiq kənar zolağı tutmalıdır. 

 

Burada hər iki sürücü göstərilmiş istiqamətdə hərəkət edəcəklərsə, qaydaları pozmuş hesab edilirlər.