GERİYƏ
Avtofayda 1954

Qırmızı rəngli avtomobilin sürücüsü qaydaları pozurmu ?

Tural Yusifov


Yenicə sürücülüyə başlamış şəxslər qaydaları əzbərə bilirlər, amma təcrübələri yetərincə olmur. Daha təcrübəli sürücülər qaydaları təcrübədən dolayə bilirlər, mma YHQ-nun müddəalarını unuda bilərlər. Şəkildə göstərilmiş situasiyada qırmızı rəngli avtomobilin sürücüsü qaydaları pozurmu ?

cümə axşamı, 16 yanvar 2020

İlk olaraq qırmızı rəngli avtomobilin manevrinə baxaq. Bu ötmə hesab edilə bilərmi ? Ötmənin tərifini yadımıza salırıq :

ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;

Demək ötmə qarşı yola çıxmadan da edilə bilən manevrdir. Bəs piyada keçidlərində ötməyə icazə verilirmi ? YHQ 51-ci maddə 5-ci bənddə ötmənin qadağan edildiyi hallar barəsində bənd var:

piyada keçidlərində — piyadalar olduqda ötmə qadağandır

Şəkildə görünür ki, piyada keçidə daxil olur və hərəkətə başlayır. Bəs bu halda qayda pozulurmu ? IXM-nin 330-cu maddəsinə baxırıq - Piyadaya yol verilməməsi :

Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

Beləliklə, əgər piyada ötməni edən sürücüyə görə hərəkət istiqamətini və ya sürətini dəyişməyibsə, qırmızı rəngli avtomobilin sürücüsü bu manevri edə bilər.  Qanuna əsasən piyada keçidlərinin yaxınlığında nəqliyyat vasitələri dayanıbsa, bu zaman biz hərəkət sürətini aşağı salmalı, dayanmış nəqliyyat vasitəsinin qarşısında piyada olmadığına əmin olduqdan sonra hərəkəti davam etdirməliyik. Bu şəkildə isə piyada soldan gəlir və ötməni etməyə heç nə mane olmur. Qırmızı rəngli avtomobilin sahibi qanunu pozmur.