GERİYƏ
Avtofayda 2270

Elektron yolla avtomobilin qeydiyyata qoyulma qaydası

Tural Yusifov


Sirr deyil ki, bizdə sürücülərin çox faizi avtomobili əldə edərkən bunu etibarnamə ilə edir. Dəfələrlə qeyd etdiyimiz kimi, bu avtomobilə sahiblik hüququ vermir. Yalnız bu şəxslər bu avtomobili əldə edərkən 1 il ərzində ailə üzvlərindən birinin adına qeydiyyata qoymalıdırlar. Və ya avtomobilin sahibi ilə alqı-satqı müqaviləsi bağlamalıdırlar. İndi isə Azərbaycanda karantin rejimi tətbiq edildiyinə görə, DYP-dən dəvət məktubu olmadıqca avtomobili qeydiyyata qoymaq mümkün deyil.

cümə axşamı, 16 aprel 2020

Bunun üçün etibarnamə müddətinin bitməsinə 30 gündən az qalmış şəxslərin elektron qaydada BDYPİ-nin QİM-ə müraciət etməsi lazımdır. Əvvıəl bu info@dyp.gov.az mail ünvanı ilə mümkün idisə, halhazırda bunu tam elektronlaşdırıblar.

İlk olaraq www.dyp.gov.az  saytına daxil olmaq lazımdır. Daha sonra qeydiyyat hərəkəti üçün icazə bölümünə daxil oluruq.

Daha sonra isə açılmış pəncərədə satan və alan şəxsin məlumatlkarını, avtomobil haqqında məlumatları qeyd edib göndəririk. 

Qeyd etdiyimiz mail ünvanına qeydiyyat əməliyyatını bitirməmiz üçün tarix və yer haqqında məlumatı əks etdirən bildiriş göndəriləcək. DYP-ə çağırılma haqqında bildiriş sizə qeydiyyata getmək üçün bir icazədir. Əlavə SMS yazmağa ehtiyac yoxdur. Göstərilmiş tarix və müvafiq orqana yaxınlaşaraq qeydiyyat əməliyyatını apara bilərsiniz. Çox vacib üç qeydimiz var:

  1. Bu yalnız etibarnaməsinin müddətinin bitməsinə 30 gündən az qalan şəxslərə aiddir
  2. Bildirişlə yalnız DYP-i orqanına getməyə icazə verilir. Sui-istifadə halı aşkara çıxarıldıqda cərimə qaçılmaz olacaq
  3. Hər zaman avtomobilinizi alqı-satqı müqaviləsi ilə əldə edin və ya satın ki, sonradan belə problemlər yaşamayasınız