GERİYƏ
Avtofayda 1723

Sürücü bu halda qaydaları pozurmu ?

Tural Yusifov


Şəhər yollarında belə hallara çox rast gəlmək olar. Sola dönmək qadağandır və sağa dönən sürücü geriyə dönmə etmək üçün müxtəlif variantlar axtarır. Bu formada manevr cərimə ilə nəticələnə bilərmi ? İzah edirik.

bazar ertəsi, 04 may 2020

İlk olaraq dayanmanın tərifinə nəzər salaq:

nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir;

Formal olaraq sürücünün bu manevri etməsi qayda pozuntusu deyildir. Baxmayaraq ki,bu parkinq ərazisi əlillər üçün nəzərdə tutulub, parkinq ərazisinə daxil olub bu cür manevr edilməsi qayda pozuntusu deyildir. Sürücü burada dayanma yerinə yetirmirsə, o, qaydaları pozmur.