GERİYƏ
Avtofayda 1226

"Yol ver" işarəsini necə keçməli ?

Tural Yusifov


Hər gün yüzlərlə sürücü məhz bu sual ətrafında düşünür. Çünki YPX inspektoru tərəfindən saxlandıqda ilk olaraq deyilən : "Sən digər avtomobilə yol vermədin" olur. Bəs bu situasiyada nə etməli ?

çərşənbə axşamı, 05 may 2020

Bu vəziyyəti təhlil etmək lazımdır. Tutaq ki, sürücülük vəsiqəsi üçün imtahandayıq və qarşımıza belə bir sual və cavab varinatları çıxıb.

 
3. Dayanmadan keçirik. yük avtomobili sol zolağa dönməlidir. 
 
 
İndi isə təhlil edək. Minik avtomobilinin sürücüsü yolayrıcına ikinci dərəcəli yolla yaxınlaşdığı üçün o, yük avtomobilinin sürücüsünə yol verməlidir. Əgər yol verməyin tərifinə baxrıqsa, burada söhbət mane olmamaqdan gedir. Bu tələb sürücüyə mütləq dayanmaq tələbi kimi başa düşülmür. Şəkildə verilmiş misala diqqət edəriksə, əgər yük avtomobilinin sürücüsü sol zolağa dönərsə, bu zaman minim avtomobilinin sürücüsü öz zolağında yük avtomobilə mane olmur. Amma yük avtomobilinin sürücüsü sağ zolağa da çıxa bilər. Qanun ona bunu qadağan etmir. Bu zaman o, 1.1 xəttini kəsmədən dönməni etsə, minik avtomobilinin zolağına çıxmış olacaq. Ona görə, biz 1-ci caba arinatına uyğun hərəkət etməliyik. Əyləcləyirik, yük avtomobilinin sürücüsünün sol zolaqla döndüyünə əmin olduqdan sonra, hərəkətimizi davam etdiririk. Bu sitiasiyada sizə yol verməməyiniz iddiası olmayacaq. Çünki əsas məsələ yük avtomobilinə mane olmamaqdır. Çünki bunu qanun deyir.
yol vermək — sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, hər hansı manevr etməsi başqa nəqliyyat vasitələrinin sürücülərini qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirməyə məcbur edə biləcəyi halda, onun hərəkəti davam etdirməməsi və ya yenidən hərəkətə başlamaması, manevr etməməsidir;