GERİYƏ
Avtofayda 1213

Sola? Sağa? Yoxsa düz? Bəs siz cavabı bilirsiniz?

Tural Yusifov


Kiçik yük avtomobili yolayrıcına yaxınlaşır. Yolayrıcında çoxlu sayda nişan var. Çatma məntəqəsinə hələ var. Yük avtomobilinin sürücüsü hansı istiqamətdə hərəkət edə bilər?

çərşənbə axşamı, 16 iyun 2020

Əgər yolayrıcında bu qədər nişan olarsa, bu istənilən şəxsi çaşdıra bilər. Burada üstünlük nişanı əsas deyil. Çünki burada söhbət hərəkət etmə ardıcıllığından deyil, hərəkət etmək istiqamətindən gedir.

Daha sonra burada "hərəkət qadağandır" 3.2 nişanı quraşdırılıb. Bu nişan bütün nəqliyyat vasitələrinin hərəkətini qadağan edir. Amma kiçik nüanslar var. Çünki bu nişanda bir neçə istisnalar var. Bu nişandan sərnişindaşıma ilə mşğul olan ictimai nəqliyyat sürücüləri kənara  çıxa bilərlər.

Həmçinin bu nişanın təsir dairəsində işləyən, yaşayan şəxslər həmin əraziyə ən yaxın yolayrıcından daxil olmalıdırlar. Yük avtomobilinin isə çatma nöqtəsi  həmin ərazi deyil. Əlavə olaraq 1-0ci və 2-ci qrup şəxslər və ya onları daşıyan avtomobillərin sürücsü həmin əraziyə daxil ola bilərlər.

Daha sonra burada sağa və sola göstərən əlavə məlumat lövhəciyi var. Bu 7.3.3 qüvvədə olma istuiqamətini bildirən lövhəcikdir. Bu lövhə hansı istiqamətdə hərəkət qadağandır onu göstərir. Bizim situasiyada bu sağa və soladır. Başqa bir löhvə isə 7.4.3 nişanıdır. Burada nəqliyyat vasitəsinin növü göstərilib. Bu lövhə yalnız minik avtomobillərinə aid deyil. 3.5 tona qədər olan istənilən avtomobilə aiddir (yük daşıyan daxil).

Bu isə 3.5 tondan ağır olan yük avtomobillərinə aid deyil. O zaman düzünə A trayektpriyası ilə hərəkət etmək olar.