GERİYƏ
Avtofayda 2565

Bu qəzada günahkar kimdir ?

Tural Yusifov


Elə sürücülər var ki, onlar bir döngəni səgv dönən kimi dərhal avtomobili arxaya sürürlər. Bu zaman təhlükə yaradıb yaratmadıqlarının fərqində belə deyirlər. Bəs belə bir halda qəza baş verərsə, günah kimdə olacaq ?

bazar ertəsi, 22 iyun 2020

Nizamlanmayan yolayrıcına yaxınlaşan zaman qırmızı rəngli avtomobilin sürücüsü 2.4 nişanın tələbinə uyğun olaraq yol verməlidir. Həmçinin, qanunda yazılıb ki:

Eyni səviyyəli olmayan yolların kəsişməsində ikinci dərəcəli yolla hərəkət edən sürücü baş yolla gələn nəqliyyat vasitəsinə onun hərəkət istiqamətindən asılı olmayaraq yol verməlidir.

Belə çıxır ki, yaşıl avtomobilin sürücüsü hərəkət üstünlüyünə malikdir? Əslində elə deyil.

İlk olaraq "yol vermək" terminin tərifinə diqqət etmək lazımdır.  Qaydalara əsasən qırmızı rəngli avtomobilin sürücüsü hərəkət üstünlüyünə malik olan digər hərəkət iştirakçılarının (yaşıl rəngli) qəflətən hərəkət istiqamətini və sürətini dəyişəcək manevr etməməlidir. 

Burada əsas diqqət ediləcək məsələ "hərəkət üstünlüyünə malik olan" ifadəsidir. Gəlin, yaşıl rəngli avtomobilin sürücüsünün hərəkət üstünlüyünə malik olub olmamasını müəyyən edək. Qaydalara əsasən nəqliyyat vasitəsini arxaya hərəkət etdirən sürücü bu manevrin təhlıükəsiz olduğuna və digər hərəkət iştirakçılarına maneə törətməyəcəyinə əmin olmalıdır. Daha sonra yolayrıclarında və piyada keçidlərində geriyə hərəkət qadağan olunduğunun fərqinə varmayıb. Başqa sözlə desək, yaşıl rəngdə avtomobilin sürücüsü baş yolda olsa belə, buna güvənərək avtomobili arxaya hərəkət etdirməməli idi.

Bu qəzada günahkar yaşıl rəngli avtomobilin sürücüsüdür. Əgər o, yol hərəkəti haqqında qanuna əməl etsəydi, qəza baş verməyəcəkdi. 

Yollarda ehtiyyatlı olun.