GERİYƏ
Avtofayda 2304

Kimə yol verməliyəm? 50% sürücü burada səhv edir.

Tural Yusifov


Əgər bu suala doğru cavab verərsinizsə, o zaman başqa yolayrıcları sizə çətinlik yaratmayacaq.

çərşənbə, 24 iyun 2020

Yolayrıclarının keçilməsi hər zaman sual doğurur. Təsadüfi deyil ki, ölkə ərazisində baş verən yol nəqliyyat hadisələrində sürət həddinin aşılmasından sonra, ikinci yerdə yolayrıclarının səhv keçilməsidir. Gəlin, belə bir situasiya təsəvvür edək. Siz sarı rəngdə avtomobildəsiniz. Siz sola dönəcəksiniz. Kimə yol verməlisiniz?

Qarşımızda nizamlanmayan yolayrıcıdır. Baş yol istiqamətini dəyişir və əlavə məlumat löhvhəciklərində bu barədə məlumat var. İlk olaraq yolu yaşıl rıngli avtomobiul keçəcək, daha sonra qırmızı rəngli avtomobil. Daha sonra ikinci dərəcəli yolla hərəkət edən sürücülər hərəkəti davam etdirə bilərlər. Sarı rəngli avtomobilin sürücüsü üçün ağ avtomobil sağdan maneədir.  Bu o deməkdir ki, sarı avtomobil yolayrıcını sonuncu keçəcək.