GERİYƏ
Avtofayda 4309

Burada qəza baş verirsə, günah kimdədir?

Tural Yusifov


Siz minik avtomobili ilə sol zolaqda yolayrıcına yaxınlaşırsınız. Mikrtoavtobusda sol zolaqla hərəkət edir. Siz sola dönəcəksiniz. Mikroavtobusun sürücüsü isə bir qədər irəli gedib geriyədönmə edəcək. Burada kim yol verməlidir?

bazar ertəsi, 29 iyun 2020

Hər iki nəqliyyat vasitələrinin sürücüləri qaydalara uyğun manevr edirlər. Və burada heç bir qayda pozuntusu yoxdur. İşarəyə baxdıqda bilirik ki, sol zolaqdan sola da dönmək olur və əgər geriyə dönmək qadağan deyilsə, həmçinin geriyə dönmədə icazəlidir. Lakin burada YHQ 42-ci maddəsinin tələblərinə də diqqət etmək lazımdır. 

Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. 

Beləliklə, minik avtomobilinin sürücüsü sağdan gələn nəqliyyat vasitəsinə yol verməlidir. Və əgər burada qəza baş verərsə, İXM-nin 327.2-ci maddəsi yolayrıclarının keçilmə qaydasının pozulması tətbiq ediləcək. 60 manat cərimə və 3 cərimə balı.