GERİYƏ
Avtofayda 1930

Əks istiqamətdə qəza! Kimdir günahkar?

Tural Yusifov


Hansı yolda ötmə ilə bağlı manevr varsa, orada iki nəqliyyat vasitəsinin toqquşma riski var. Gəlin aşağıdakı fotoya uyğun hadisəni incələyək.

çərşənbə axşamı, 30 iyun 2020

Sarı avtomobilin sürücüsü qırmızı avtomobilə işarə edir ki, yolu keçə bilərsən. Amma yaşıl avtomobilin sürücüsü ləngimənin olduğunu görüb qarşı yola çıxır və hadisə baş verir. Günahkar kimdir?

İlk olaraq ötmənin qadağan edildiyi halları yadımıza salaq:

Ötmə:

1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) - qadağandır

Bizim bu situasiyada günhakar qırmızı rəngli avtomobilin sürücüsüdür. Çünki o, hərəkətsizliyinə əmin olmadan yola çıxıb və yol verməyib. Bəli, sarı rəngli avtomobilin sürücüsü ona yol verib. Amma bu onun hərəkət üstünlüyünə malik olması deyil. İstənilın halda o, qarşısında olan "YOL VER" nişanına əməl edərək, üstünlük hüqquna malik olan nəqliyyat vasitəsinin gəlmədiyinə əmin olduqdan sonra hərəkəti davam etdirməli idi.