GERİYƏ
Avtofayda 1736

Durduğun yerdə qəza! Günahkar kimdir?

Tural Yusifov


Adi vəziyyətdə baş vermiş qəzaya diqqət edək.Bu cür qəzalar həm hərəkətin sıx şəraitində, həm boş yolda daha çox rast gəlinir. Əgər sürücülər YHQ-nu unudblar və ya oxumayıblarsa, bu cür qəzaların baş verməsi qaçılmazdır.

bazar ertəsi, 06 iyul 2020

İndi isə bu situasiya haqqında. Qırmızı avtomobil hərəkətə başlayır, eyni zamanda ağ rəngli avtomobil dayanmaq istəyir. İndi isə YHQ-a diqqət edək. Görək, orada bu barədə nə yazılıb. YHQ 42-ci maddə, 1-ci bənd:

Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

Bir çox sürücülər eyni maddənin 5-ci bəndinə diqqət edə bilərlər:

Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.

Bu sitiasiyada yerdəyişmə yoxdur. Qırmızı rənglu avtomobilin sürücüsü hərəkətə başlayır və digər hərəkət iuştirakçılarına mane olmamalıdır. Məhz bu situasiyada qəzanın günahkarı qırmızı rıngli avtomobilin sürücüsüdür.

Sizə yaxşı yol arzu edirəm! Qaydaları pozmayın!