GERİYƏ
Avtofayda 1232

Burada kim qayda pozur? Qayda pozanları tapa biləcəksən?

Tural Yusifov


Bu cür testlərdə və qayda pozuntularının müəyyən edilməsi üçün YHQ-da olan avtomagistrallarda hərəkət, manevr etmə və dönmə qaydalarını yada salmaq lazımdır.

çərşənbə axşamı, 07 iyul 2020

Həmişə olduğu kimi ilk olaraq nişanlara diqqət etmək lazımdır.

Avtomagistral 5.1 nişanı. Onun altında əlavə məlumat lövhəciyi var ki, o bizə  1 km-dən sonra avtomagistral başlaması haqqında məlumat verir. Asta gedən traktorun sürəti saatda 40 km-ə qədər məhdudlaşdığına görə, o 5.1 nişanın başlama nöqtəsinə qədər hərəkət edə bilər. Həmin andan sonra isə artıq qaydanı pozmuş olacaq.

 

3.5t-dan artıq olan yük avtomobillərinə avtomagistrallarda ikinci zolaqdan digər zolaqda hərəkət etmək qadağandır. Amma burada hələlik adi qaydalar qüvvədədir. Yük avtomobili ilə də hər şey normaldır.

Göy avtomobilin sürücüsü dönmə və ya geriyə dönmə edir. Trayektoriyaya diqqət etsək görərrik ki, avtomobil sol kənar zolaqdan manevr edir. Bu qadağan deyil. Eyni şey geriyə dönmə ilə bağlıdır. Burada da qaydalar pozulmayıb.