GERİYƏ
Avtofayda 1627

Qəribə yolayrıcı. Bu qəzada günahkar kimdir?

Tural Yusifov


İmatahan düşən suallar bir yana, amma real olaraq yolayrıclarında hər zaman qəribə qəzalar baş verir. Bu da bunlardan biri. Bu cür yolayrıcları böyük şəhərlərdə rast gəlinir.

çərşənbə, 08 iyul 2020

Qırmızı avtomobil sağdan yaxınlaşır və o, əmindir ki, hərəkət üstünlüyü ondadır. Göy rəngli avtomobilin sürücüsü də hesab edir ki, o da əsas yoldadır və yolayrıcını ilk olaraq keçməlidir.

Biz görürük ki, bura nizamlanan yolayrıcıdır. YHQ 76-cı maddəyə uyğun olaraq o, sağdan və ya düzünə gələn avtomobilləri buraxmalıdır. Amma burada belə bir avtomobil olmadığını hesab edən göy rəngli avtomobilin sürücüsü rahatlıqla hərəkət edir.

İndi isə qırmızı rəngli avtomobilə keçək. O, hərəkətini svetoforun əlavə seksiyası üzrə davam etdirir. Amma burada svetoforun həm də əsas seksiyası yanır.  Burada əsas məsələyə diqqət etmək lazımdır. O, svetoforun əsas seksiyasında qırmızı rəngdə olduğu halda əlavə seksiyadan döndükdə yol verməlidir.

İndi isə yolayrıcı haqqında. Bu yolayrıcındakı döngədə nişan və nişanlanma xəttləri yoxdur. Demək, bura eyni səviyyəli yolayrıcıdır. Və göy rəngli avtomobilin sürücüsü sağdan gələn nəqliyyat vasitəsinə yol verməlidir.

Sizə rahat yol arzu edirəm! Qaydaları pozmayın!