GERİYƏ
Avtofayda 1223

Dayanıb sərnişin düşürtmək istəyirsiniz. İcazə varmı?

Tural Yusifov


Bir çoxları düşünür ki, 5 dəqiqəyə qədər dayanmaq bütün situasiyalarda keçərlidir. Amma bu həqiqətən belədirmi? Qanuna baxmaq lazımdır.

cümə axşamı, 09 iyul 2020

Siz qırmızı rəngli avtomobilin sürücüsüsünüz. Və piyada keçidinin qarşısında dayanmaq istəyirsiniz. Siz bunu edəcəyinizə əminsiniz?

İlk olaraq 3.27 nişanına baxırıq. Bu nişan formasından asılı olmayaraq bütün dayanmaları qadağan edir. Fərqi yoxdur siz sərnişin düşürdürsünüz, yoxsa yük boşaldırsınız.

Keçirik sarı xəttə. Sarı xətt 3.27 nişanı ilə birgə tətbiq edildikdə qadağan edilən ərazinin uzunluğunu göstərir.

İndi isə YHQ 52-ci maddənin 4-cü hissəsinin 4-cü bəndinə baxaq.

 piyada keçidlərində və onlara 5 metrdən az yaxınlıqda dayanmaq qadağandır

Siz piyada keçidini keçdikdən sonra dayana bilərsiniz.

Qaydaları pozmayın!