GERİYƏ
Avtofayda 2083

Burada qaydaları kim pozur? Təcrübəli sürücülər biləcəklər.

Tural Yusifov


Sizcə bu situasiyada qaydaları kim pozur?

çərşənbə axşamı, 21 iyul 2020

1. Hamı pozur.

2. Heç kim pozmur.

3. Göy rəngli avtomobilin sürücüsü pozur.

4. Göy və sarı rəngli avtomobilin sürücüsü pozur.

Doğru cavab məqalənin sonunda olacaq.

YHQ 42-ci maddənin 6-cı hissəsinə görə:

Dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Solda hərəkət hissəsi ilə bir səviyyədə yerləşən eyni istiqamətli tramvay yolları olduqda, 5.8.1 və ya 5.8.2 nişanları ilə başqa hərəkət qaydası müəyyən edilməmişdirsə, həmin yollardan keçərək sola və geriyə dönmək lazımdır. Bu zaman tramvay üçün maneə yaradılmamalıdır.
Elə dönmək lazımdır ki, nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməsin. Nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir.

Yolayrıcından kənarda sola və ya geriyə dönərkən, relssiz nəqliyyat vasitəsinin sürücüsü qarşıdan gələn nəqliyyat vasitələrinə və eyni istiqamətdə gedən travmaya yol verməlidir. Yolayrıcından kənarda geri dönərkən, yolun sol kənarı tərəfdən manevr etmək üçün hərəkət hissəsinin eni kifayət qədər olmadıqda, hərəkət hissəsinin sağ kənarından (yolun sağ qırağından) manevr etməyə yol verilir. Bu zaman sürücü arxadan və qarşıdan gələn nəqliyyat vasitələrinə yol verməlidir.

Nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir.

Situasiyanı analiz edirik

Bu yol ayrıcında iki yol kəsişir. Yollardan biri iki zolaqlıdır. Digər yol isə 3 zolağa malikdir. Nişanlanma xəttləri və nişanlanma bu və ya digər zolağı ayırmayıbsa, deməli bu zolaq manevr etmək üçündür. Və hər iki istiqamətdə hərəkət etmək imkanı yaradır. Amma bu manevr qaydalarda nəzərdə tutulmuş formada olmalıdır. Ötmə, üstələmə, sağa və ya sola dönmə. 

Və qırmızı rəngli avtomobilin sürücüsü yolayrıcını düz keçmək üçün bu zolağı seçməməli idi. Göy rəngli avtomobilin sürücüsü sola dönən zaman qaydaları pozur və manevr zolağına keçmədən bu cür əməliyyat etmək yol verilməzdir. Sarı rəngli avtomobilin sürücüsü də sola dönən zaman orta zolaqdan dönməklə qaydaları pozur.Həmin zolaqda sola dönmək istəyən əks istıqamıtdən gələn avtomobil ola bilərdi. Bu situasiyada hamı qaydaları pozur.

Doğru cavab 1-dir. 

Qaydaları pozmayın!!!