GERİYƏ
Avtofayda 1253

Bu qəzada günahkar kimdir? İnspektorun yerinə qərar ver!

Tural Yusifov


Bu da sizə yollarımızda geniş yayılmış bir vəziyyət. Göy rəngli avtomobilin sürücüsü döngəni ötürdüyünə görə qərar verir ki, geriyə hərəkət etsin. Və bu zaman arxadan zərbə alır. Bu vəziyyətdə günahkar kimdir?

çərşənbə, 22 iyul 2020

Ilk ipucunu veririk. Ağ rəngli avtomobil göy rəngli avtomobil kəsişmıni keçdikdın sonra hərəkətə başlayır. Bu zaman onun günahsızlığına əmin ola bilərik. Çünki o, avtomobilin kəsişməni keçdiyini görür, hərəkət təhlükəsizliyinə əmin olur və daha sonra hərəkətini davam etdirir.

Daha bir ipucu - YHQ 42-ci maddə:

XIV. Yolayrıclarında və bu maddənin on ikinci hissəsinə əsasən, geriyə dönmənin qadağan edildiyi yerlərdə geriyə hərəkət qadağandır.

Bu iki ipucuna əsasən, bu qəzada göy rəngli avtomobilin sürücüsü günahkardır.

Sizə yaxşı yol! Qaydaları pozmayın!