GERİYƏ
Avtofayda 1571

Çox sadə vəziyyət. Burada ötmək olarmı?

Tural Yusifov


Əslində təcrübəli sürücülər yol hərəkətindən daha rahat baş çıxarmalıdırlar. Amma praktika göstərir ki, təcrübəli sürücülərin heç də hamısı qaydaları yaxşı xatırlamır. Gəlin, kiçik bir testdən keçək və sizin biliyinizi qiymətləndirək. Burada ötmək olarmı?

cümə axşamı, 23 iyul 2020

İlk olaraq yol şəraitinə diqqət edək. Qırmızı rəngli avtomobil önündəki avtomobili ötmək istəyir. Bunu edə bilərmi? Bunun üçün ötmənin tərifini yadımıza salaq:

ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir

Amma biz bilirik ki, 3.20 nişanında ötmək qadağandır. Ancaq 3.20 nişanı yolayrıcəndan sonra qüvvədən düşür. Amma daha sonra çəkilmiş 1.3 nişanlanma xətti  qarşı yola çıxaraq ötməni qadağan edir. Burada ötmə var. Çünki göy rəngdə olan nəqliyyat vasitəsi yolun kənarında olan piyadanı görür və sürəti aşağı salır. Qırmızı rəngli avtomobilin sürücüsü isə hərəkət zolağını dəyişərək onu ötür.

YHQ 51-ci maddə V bənd  piyada keçidində piyada olduqda ötməni qadağan edir. Həmçinin, İXM 330-cu maddəyə əsasən piyada sürücüyə görə hərəkət istiqamətini və sürətini  qəflətən dəyişdikdə bu  piyadaya yol verməmək kimi qiymətləndirilir.

330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni:

330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya;

330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə -

əlli manat məbləğində cərimə edilir.

Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür.

 Qırmızı rəngli avtomobilin sürücüsü bu situasiyada qaydaları pozmur!

Qaydaları pozmayın! Yolda ehtiyyatlı olun!