GERİYƏ
Avtofayda 1398

Yolu bağladı.Nə etməli?

Tural Yusifov


Şəklə diqqət edək. Yanacaq daşıyan avtomobilə geriyə dönmək üçün yer çatmır və o, tramvay xəttinin üzərindən dönmə etmək istəyir. Eyni anda minik avtomobili də dönməni edir. Qaydanı kim pozur?

cümə, 24 iyul 2020

İlk olaraq nişanlara diqqət etmək lazımdır. 3.7 qoşqu ilə hərəkət qadağandır nişanı yalnız yük avtomobilinə aiddir. Burada həmçinin 1.18 nişanlanması və 5.8.1 nişanları da var.  Ona görə minik avtomobili səhvə yol verib tramvay xəttinin üzərindən dönmək istıyir. O, zolağı səhv seçib. Zolaq üzrə hərəkət edib, qarşısındakı yük avtomobilinin dönməsindən sonra manevri həyata keçirməli idi. Qaydanı pozan minik avtomobilinin sürücüsüdür.

Qaydaları pozmayın!