GERİYƏ
Avtofayda 974

Buradan dönmək olarmı?

Tural Yusifov


Bəzən sürücülər olur ki, sol zolağa keçir və daha sonra oradan sağa dönməyə cəhd edirlər. Bu cür dönmək olarmı?

çərşənbə axşamı, 28 iyul 2020

Əminəm ki, bu cür manevr edənlərin sayı az deyildir. İlk olaraq yola diqqət edirik. bu yolda bizə bu istiqamətdə sola dönməni qadağan edəcək hər hansı bir işarə yoxdur. Mövcud nişanlanma xəttləri də dönməni məhdudlaşdırmır. Əgər burada 1.1 xətti olsa idi o zaman qaydanı pozmuş olacaqdıq. Bu zolağı dəyişmə kimi qiymətləndirilə bilər. Və bunun üçün biz ilk olaraq YHQ 42-ci maddənin 1-ci bəndinə baxmalıyıq:

Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

Daha sonra isə YHQ 42-ci maddə 5-ci bəndə baxırıq:

Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir.

Beləliklə, eyni istiqamətdən gələn nəqliyyat vasitələrini buraxmaqla yerdəyişmə edə bilərik.

Qaydaları pozmayın!