GERİYƏ
Avtofayda 4291

Qırmızı rəngli avtomobilin sürücüsü hansı istiqamətdə hərəkət edə bilər?

Tural Yusifov


Bu cür testlər mənim ən çox sevdiyim test növləridir. Bir çoxları bu cür testlərdə çaşıb qalırlar. Görəsən siz nə qədər diqqətlisiniz?

çərşənbə, 29 iyul 2020

Yol şəraitinə diqqətlə baxəın və  bir neçə dəqiqə ərzində suala cavab verin.

Qırmızı rəngli avtomobilin sürücüsü hansı istiqamətdə hərəkət edə bilər?
А) Yalnız 1
B) Yalnız 2
C) Yalnız 3
D) Yalnız 1,2
E) Yalnız 2,3
F) Yalnız 1,3
S) 1,2,3

Xatırladım ki, imtahanda sizin 1 dəqiqə, real həyatda isə bir neçə saniyə vaxtınız var.

Biz bu testlə məşq etdiyimizə görə, 60 saniyə yetərlidir.

Təsvir edilib:

Şəkildə T formalı çox zolaqlı yol təsvir edilib. Sol zolaqla qırmızı rəngli avtomobil hərəkət edir.

O, düz gedə,sola dönə və ya geriyə dönmə edə bilərmi?

Yol nişanlarına diqqət edirik. Yolayrıcı nizamlanandır - burada svetofor quraşdırlıb və yaşıl işıq yanır. Svetoforun yaşıl işığı qırmızı rəngli avtomobilin hara gedəcəyini dəqiqləşdirmir.

Növbəti nişana baxırıq. Yolayrıcında quraşdırılıb:

2.1 "Baş yol" - üstünlük nişanıdır və nizamlanan yolayrıcnlarında qüvvədə deyil. Bu nişan da sualımıza cavab vermir. Növbəti nişan 4.1.1 "Düzünə hərəkət" - bu məcburi hərəkət istiqaməti nişanıdır və bizim sualımıza cavab verə biləcək nişandır. Əgər yolayrıcında belə bir nişan quraşdırılıbsa, o yalnız düzünə hərəkəti əmr edir. Deməli 3 istiqamətində hərəkət edilməlidir.

Düzgün cavab C bəndidir!