GERİYƏ
Avtofayda 1711

30% sürücü bu vəziyyətdə səhv edir. Burada kim birinci keçəcək?

Tural Yusifov


Bizim yollarda hərəkət bəzən elə olur ki, durduğun yerdə problemlə qarşılaşırsan. Sadəcə sürücülərdən biri və ya bir neçəsi qaydaları görməzdən gəlir. Və ya bilmir.

çərşənbə axşamı, 08 sentyabr 2020

Qarşımızda tipik situasiya. Yük daşıyan avtomobilin sürücüsü dairəyə daxil olur. Sağ zolaqla daxil olan bu avtomobil heç kimə mane olmur. Sizcə mane olurmu? Minik avtomobilinin sürücüsü isə dairədən çıxmaq istəyir. Kim yol verməlidir? Qanuna görə dairəvi hərəkətdə olan nəqliyyat vasitəsi üstünlük hüququna malikdir. Lakin qanuna əsasən dairəyə istənilən zolaqdan daxil olub yalnız sağ zolaqla dairədən çıxmaq lazımdır. Bizim sürücülərin bir çoxu bu qanuna əməl etmir. Necə ki, şəkildə təsvir edilmiş minik avtomobilinin sürücüsü kimi. Bəli, dairədə üstünülük hüququna malik olsa da, minik avtomobilinin sürücüsü bu cür manevr etməməlidir. Dairədə hərəkətdə olan zaman öncədən dönəcəyi istiqamətə kənar yolu seçməlidir. Yəni, dairəyə daxil olan minik avtomobilinin sürücüsü öncədən sağ hərəkət zolağını seçməli və dairədən çıxarkən sağ zolaqla çıxmalıdır.