GERİYƏ
Avtofayda 684

Nizamlayıcının siqnalları yadınızdadır? Burada hansı əmr verilir?

Tural Yusifov


Bu sual əslində sadə görünür. Siz qırmızı rəngli avtomobilin sükanı arxasındasınız. Ortada nizamlayıcı, kəsişmədə isə üstünlük nişanları var. Bu zaman nə edəcəksiniz?

cümə axşamı, 10 sentyabr 2020

Qaydalardan bildiyimiz kimi yolayrıcında nizamlayıcı varsa, bura artıq nizamlanan yolayrıcıdır. Nişanların sayından və tətbiq edilmə sahəsindən asılı olmayaraq nizamlayıcını sağ tərəfindən gələnlərə hərəkət qadağandır (YHQ 58-ci maddə). Bu qaydanı pozan şəxslər 60 manat və 3 cərimə balı ilə cəzalanırlar.